Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Quma gedib oxuyanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır” - Politoloq

Gərginlik fonunda ölkəmizdəki İran casus şəbəkəsinin yenidən aktivləşməsini görürük...

Məhəmməd Əsədullazadə: “İran müstəqilliyimizin ilk illərindən başlayaraq din pərdəsi adı altında ölkəmizdə kəşfiyyat şəbəkəsi qurmağa başladı və buna müəyyən dərəcədə nail oldu”.

“Qum İranın kəşfiyyat mərkəzidir və din altında Azərbaycana qarşı kəşfiyyatçılar yetişdirir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycanda İran casus şəbəkəsinin yenidən aktivləşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər İranla Azərbaycan arasında artmaqda olan gərginlik fonunda ölkəmizdəki İran casus şəbəkəsinin yenidən aktivləşməsini görürük. Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində belə şəxslərin saxlanılmaları nədən xəbər verir? İran Azərbaycana daxildən zərbə vurmaq üçün güclü şəbəkəyə sahibdir?

İranın Azərbaycana qarşı atdığı addımları PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “İran din, humanitar yardım və digər sahələrdə Azərbaycana qarşı hibrid müharibə aparıb və bizdə bunun cavabını veririk”.

İranın mediada, siyasətdə, dində və digər sahələrdə hörümçək toru kimi öz şəbəkəsini qurduğunu düşünən politoloq əlavə edib ki, bunu çökürtmək üçün illərlə vaxt lazımdır:

İran müstəqilliyimizin ilk illərindən başlayaraq din pərdəsi adı altında ölkəmizdə kəşfiyyat şəbəkəsi qurmağa başladı və buna müəyyən dərəcədə nail oldu. Din pərdəsi altında Quma aparılan gənclər potensial olaraq İran siyasi ideologiyasına xidmət etməyə başladı. İran kifayət qədər burada istədiyinə nail olmaq üçün bütün rıçaqlardan istifadə edirdi. Nardaran hadisələrinin baş verməsində İran şəbəkəsinin aktiv rolu vardı. İran mediada, siyasətdə, dində və digər sahələrdə hörümçək toru kimi öz şəbəkəsini qurub. Bunu çökürtmək üçün illərlə vaxt lazımdır.

Azərbaycan təhlükəsizlik orqanları peşəkar cəhətdən bu işin öhdəsindən gəlir. İran casus şəbəkəsi qurmaqla ölkəmizin dövlət quruluşunu dəyişdirməyə və siyasi hakimiyyətə təzyiq etmək üçün iş aparırdı. Artıq İranın daxildə şəbəkəsinə ciddi zərbə vurulub vurulmaqdadir. İranın ölkəmizdə mədəniyyət mərkəzi var idi. Ocaq Necat başçılıq edirdi. Potensial olaraq İran kəşfiyyatının ölkəmizdə nümayəndəsi idi. Onun missiyası məhz İranın siyasi ideologiyasını təbliğ edərək gəncləri verbovka etmək olub.

İranla dini əlaqələri tam kəsmək, Quma gedib oxuyanları cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Qum İran kəşfiyyat mərkəzidir və din altında Azərbaycana qarşı kəşfiyyatçılar yetişdirir. İran bundan sonra Azərbaycanda güclənə bilməyəcək. Artıq boşluq var idi. Həmən boşluq tam nəzarətə götürülüb. İran din, humanitar yardım və digər sahələrdə Azərbaycana qarşı hibrid müharibə aparıb və bizdə bunun cavabını veririk. İki ölkə əlaqələrinin normallaşması mümkün deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket: İran Terror


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar