Bazar ertəsi, 26 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qriqoryandan yeni müharibə anonsu – Ermənistan istəməsə “Laçın dəhlizi”nin marşurutu dəyişməyəcək?..

Ermənistan rəsmisi yeni “Laçın dəhlizi”nin razılaşdırılmadığını deyir...

Azərbaycanın “Laçın dəhlizi”nin başqa marşurutla əvəz olunması ilə bağlı tələbi qanunsuzdur”.

PİA.az xəbər verir ki, belə bir bəyanatla Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. “Armenpress” nəşrinə müsahibə verən Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Üçtərəfli Bəyanatın 6-cı bəndində göstərilib ki, alternativ yolun tikintisinin planlaşdırılması 3 il müddətində tərəflər arasında razılaşdırılmalıdır:

Ermənistan, RusiyaAzərbaycan liderlərinin imzaladığı Üçtərəfli Bəyanatın 6-cı bəndində göstərilib ki, “Dağlıq Qarabağı” Ermənistanla birləşdirən dəhliz tərəflərin razılığı ilə (yəni RF, ErmənistanAzərbaycan arasında) “Laçın dəhlizi” ilə yeni hərəkət marşurutinin tikinti planı yaxın 3 il müddətinə razılaşdırlacaq və bu dəhlizin müdafiəsi üçün Rusiya sükhməramlıları həmin dəhliz üzərində yerləşdiriləcəklər.  

Ötən müddət ərzində bu istiqamətdə bir çox işlər görülsə də, tikinti planının razılaşdırılması baş verməyib. Bütün halalrda Ermənistan hər hansı bir plana razılıq vermədiyinə görə, Azərbaycanın bu təlbinin də hüquqi əsası yoxdur”, deyə Ermənistan rəsmisi bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibinin fikrincə 10 noyabr bəyanatında yeni marşurutun ancaq planlaşdırılması nəzərdə tutulub:

“Bəli, Kornidzor-Tex (M12) avtomobil yolunun tikintisi başlayıb, lakin ona diqqət yetirmək lazımdır ki, Üçtərəfli Bəyanatda ancaq yeni marşurutun tikintisinin planladırılmasından söhbət gedir. Ortada isə heç bir razılaşdırılmış plan yoxdur. Ermənistan Respublikası üçtərəli formatda yeni marşurtun tikinti planın qrafikə uyğun qaydada razılaşdırılmasını və imzalanmasını təklif edib. 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatda da bu nəzərdə tutulub”.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi bu bəyanatı ilə əslində “Laçın dəhlizi”nin yeni marşurutunun Yeravanın razılığı olmadan fəaliyyətə başlamayacağının anonsunu verir. Bu isə öz-özlüyündə tərəflər arasında müxtəlif istiqamətlərə yozulan və əsas maddələri yerinə yetirilməyən Üçtərəfli Bəyanatın artıq işə yaramadığından xəbər verir. Yəni üzərinə götürdüuyü öhdəlikləri yerinə yetirməyən Ermənistan faktiki olaraq Üçtərəfli Bəyanatı zibil qutusuna atır. Bu isə yeni müharibənin anonsu ola bilər...

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

“Gəlin S-400-ləri Azərbaycana verək" — Generaldan şok açıqlama

Güney Azərbaycanın həyati problemi: Kürd separatizmi...

Bakıda toy sahiblərini kütləvi şəkildə aldatdılar - Administrator tutuldu

Neftçinin baş məşqçisi ilə arvadının əlbəyaxa dava görüntüləri yayıldı - Video

Şuşaya ilk daxil olan kəşfiyyatçılardan biri məktəb direktoru təyin olundu

Bu hansı ağır çəkili nazirdi ki, vətəndaşlar ona görə əlavə 6 km əlavə yol getməyə məcbur olurlar... – Video

Şəhid bulağının krantını qıranın qulağını kəsən şəxslə bağlı hökm oxundu 

“Hansısa “ağır çəkili” nazirin tapşırığına görə 6 kilometr artıq yol getməli oluruq” – Video

Lavrov Ukraynada hansı halda nüvə silahı tətbiq ediləcəyini açıqlayıb

İran polisi etirazçı qadınları gülləbaran etdi - Foto, Video

Ən çox oxunanalar