Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

Noyabrın 30-da Heydər Əliyev Mərkəzində “Qremmi” mükafatı laureatı “Kremerata Baltika” kamera orkestrinin konserti olacaq.

PİA.az-ın məlumatına görə, “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək klassik musiqi gecəsində Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə F.Şopen, F.Mendelson, F.Əmirov və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək.

Konsertdə solistlər - beynəlxalq müsabiqələr laureatı, 17-ci Beynəlxalq Frederik Şopen Musiqi Müsabiqəsinin diplomatı Georgi Osokin (fortepiano), Əməkdar artist Elvin Hoca Qəniyev (sktipka) çıxış edəcək.

Dünyaca məşhur skripka ifaçısı Gidon Kremer 1997-ci ildə yaratdığı “Kremerata Baltika” kamera orkestrinə Latviya, Litva və Estoniyadan olan 23 istedadlı gənc musiqiçini cəlb edib. “Kremerata Baltika” ilk dəfə 1997-ci ildə Avstriyada keçirilən Lokenhaus festivalındakı çıxışı ilə yadda qalıb. Dərhal tamaşaçıların rəğbətini qazanan musiqi kollektivi dünyada fərqli ifaları ilə seçilir. Bu gün Avropanın tanınmış beynəlxalq orkestrlərindən biri olan “Kremerata Baltika” dünyanın 50-dən çox ölkəsində, 600 şəhərində mindən çox konsert proqramı ilə çıxış edib.

“Kremerata Baltika”nın Bakı konsertinə biletləri Heyər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən, pandemiya şəraitində oktyabrın 1-dən konsert zallarının fəaliyyətinə zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə icazə verilir. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə təmin ediləcək.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar