Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Qorxuram ki, danışıqlar tamamilə dayana...”

15 ildir Dağlıq Qarabağ münaqişəsini izləyən və təhlil edən nüfuzlu britaniyalı analitik Lourens Broers Azərbaycanla Ermənistan arasında danışıqların tamamilə dayana biləcəyindən narahatlıq ifadə edib.

Virtualaz.org xəbər verir ki, analitik bunun səbəblərindən birinin Azərbaycanla Ermənistan sərhədində baş verən son hadisələr olduğunu deyib. Eyni zamanda onun sözlərinə görə, tərəflər münaqişənin nizamlanmasının əsas prinsiplərinə dair sənəddən də uzaqlaşırlar.

“Mənim fikricə indi real təhlükə bundan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında danışıqlar kəsilə bilər”,-o qeyd edib.

Broers qeyd edib ki, əsas prinsiplər 10 ildən çoxdur müzakirə olunurdu. Bunlar Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini, təhlükəsizlik təminatını və özünüidarəetməni, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizi və regionun yekun hüquqi statusunun referendumla müəyyən edilməsini , məcburi kökünlərin qayıtmasını, beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tuturdu.

Ötən həftə Minsk Qrupu həmsədrləri bu prinsiplərin qüvvədə qaldığını və tərəflərin ciddi danışıqlara hazırlaşmalı olduğunu bəyan ediblər.

“Bunun alternativi Rusiyanın liderliyində danışıqlardır ki, fikrimcə bu zaman tərəflərin hər ikisi daha çox əlçatan vəziyyətdə olacaqlar. Ona görə də Minsk Qrupu bütün uğursuzluqlarına, ünvanına səslənən tənqidlərə baxmayaraq danışıqlara yeni impuls verə bilər. Başqa məsələdir ki, buna can atmaq tərəflərin özlərindən asılıdır”,-Londondakı beynəlxalq münasibətlər üzrə Kral institutunun analitiki deyib.

O qeyd edib ki, ciddi danışıqların bərpa edilməsinə dair hələlik heç bir əlamət yoxdur. Üstəlik Ermənistandakı “məxməri inqilabdan” sonra təmas xəttində iki ilə yaxın misli görünməmiş stabillik yaransa da danışıqlarda irəliləyiş olmadı. Ekspert bunun səbəbini bilmir, amma deyir ki, görünür vəziyyəti kəskinləşdirən amillər olub.

pia.az




Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycandan ABŞ-a aparılan itlər quduz çıxdı, dövlətlərarası araşdırma başladı

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Əliyevlə Ərdoğanın dialoqu və... - İrəvan Bakını aldatdı, saxtadır

Ermənistanda seçki qarşıdurması: Paşinyan Koçaryana qarşı ordunu göndərir

Azərbaycanda son sutkada COVID-19-a yoluxma sayı açıqlandı

İki dəfə nişanını qaytaran Talıb Tale səbəbini açıqladı - Video

Ermənistanda seçkilər: baş nazir postuna namizədin maşını atəşə tutuldu

Ağcabədidə nəvə babasının evində intihar etdi

Ən çox oxunanalar