Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qorxunc tarix təkrarlanır: Əfqanıstanın aqibəti necə olacaq? - Araşdırma

Əfqanıstanda 1978-ci ildən başlayan vətəndaş müharibəsini dayandırmaq mümkün olmadı. Bu konteksdə hazırda Taliban hərəkatının irəliləyişləri ölkədə daha əvvəlki illərdə baş verənləri xatırladır. Qorxulu ssenari Talibanın SSRİ ordusunun 1980-cı illərin sonunda Əfqanıstandan çıxmasından sonra etdiyi kimi, ABŞ-ın ölkədən çıxmasından sonra yenidən ölkəni ələ keçirməsi reallığıdır.

Teleqraf.com xatırladır ki, uzun illərdir ən böyük insan fəlakətinin müşahidə olunduğu Əfqanıstanda ABŞNATO ordusunun çəkilməsini fürsət bilən Talibanın ölkəni feodal dövrə qaytarmaq istəyi ən qorxunc ideya kimi gündəmə daşınıb.

Talibanın ölkəyə nəzarəti gedərək artırması buradan qaçıb canını xilas etmək istəyən minlərlə əfqanı yollara töküb. Bəzi vətəndaşlar ölkə xaricinə çıxmaq üçün cəhdlər edərkən, bəziləri də Talibanın nəzarətindəki bölgələri tərk edərək Əfqanıstan ordusunun nəzarətindəki bölgələrə keçir. Amma bu bölgələrin də daha nə qədər Əfqan ordusunun nəzarəti altında qalacağı qeyri-müəyyəndir.

Artıq Taliban Əfqanıstanın İran, Tacikistan, Türkmənistan və Pakistanla sərhədindəki bəzi keçid məntəqələrinə nəzarəti ələ keçirib. Taliban ölkədə sosial həyatı yenidən dəyişdirmək ərəfəsindədir. Bir oğlanla telefonla danışdığı üçün şallaqlanan qadının ardınca Talibanın nəzarətindəki bölgələrdə üz qırxmaq və siqaret çəkməyin qadağan olunduğu, qadınların evdən çıxmasına icazə verilmədiyi yönündə yeni xəbərlər ortaya çıxır. Eyni zamanda Talibanın hökm etdiyi bölgələrdə Əfqanıstan bayrağının rəngləri olan yaşıl və qırmızı geyinmək də qadağan olunub.

Hazırda Taliban iddia edir ki, ölkənin 85 faizinə nəzarəti ələ keçirib. Bu vəziyyət SSRİ-nin 1989-cu ildə Əfqanıstandan çıxmasından sonra yaşananları xatırladır. Əfqanıstan Demokratk Partiyası 1978-ci ildə etdiyi inqilabla Əfqanıstan Respublikasına son qoyaraq Əfqanıstan Demokratik Respublikasını qurdu. Bunun ardınca hökumətə qarşı çıxışlar başlandı və bu, vətəndaş müharibəsinin əsasını qoydu. 1989-cu ildə SSRİ Əfqanıstandan çıxdıqdan sonra bu günə bənzər hadisə yaşandı. Ölkəyə nəzarəti 85 faiz itirən Məhəmməd Nəcibullah hökumətinə Taliban tərəfindən son verildi.

1996-cı ildə paytaxt Kabilə daxil olan Taliban döyüşçüləri BMT-nin ofisinə sığınan Nəcibullahı zorla oradan çıxararaq əvvəl işgəncə verdi, sonra yaralı halda qardaşı Şahpur Əhmədzadə ilə birlikdə elektrik dirəyindən asaraq öldürdü. İndi ABŞ ordusunun Əfqanıstandan çıxmasından sonra eyni ssenarinin yaşana biləcəyi dünyada ciddi narahatlıq yaradıb. ABŞ Əfqanıstandan 20 ildən sonra çıxarkən ona köməklik, tərcüməçilik edən və ABŞ-a görə təhlükəli durumla üzləşə biləcək əfqanları da ölkədən çıxarır. Bəzi rəqəmlərə görə, onların sayı 3 mindən çoxdur. Ehtimal olunur ki, Talibanın “satqın” elan edəcəyi bu əfqanların viza və digər problemləri həll olunana qədər onlar Əfqanıstandan çıxarılıb ABŞ bazalarından birinə yerləşdiriləcək.

Yeri gəlmişkən, indiyə qədər ABŞ ən uzunmüddətli müharibəni Əfqanıstanda aparıb. 2001-ci ildən bu yana davam edən müharibədə Əfqanıstanda 71 mindən çox mülki insan ölüb. Eyni zamanda 70 mindən çox əfqan hərbçisinin həyatını itirdiyi qeyd olunur. ABŞ və digər NATO ölkəsi ordusu 3 min 500 əsgər itki verib. Ehtimal olunur ki, 3 min 800-dən çox özəl təhlükəsizlik şirkətində çalışanların həyatına son qoyulub.Buna qarşı Taliban və digə silahlı qrupların itkiləri 84 min nəfər olub.2,7 milyon insan ölkədən qaçarkən 3,2 milyon insan da evlərini tərk edərək başqa yerlərə köçüb.

Bu müddət ərzində ABŞ Əfqanıstanın inşası üçün 143 milyard dollar, müharibə əlillərinin müalicəsi üçün 296 milyard dollar xərcləyib. Əfqanıstanda ABŞ-ın son 20 ildə xərclədiyi toplam maliyyə 2,6 trilyon dollardır. İndi ölkəni sürətlə ələ keçirən Taliban hərəkatı bildirir ki, 3 aylıq atəşkəs elan edə bilər. Bunun qarşılığında həbsdə olan 7 min məhkum azad edilməli və hərəkatın adır BMT-nin qara siyahısından çıxarılmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yatdı – Foto

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

"Deputat kiminlə güləşir öz işidir" - MM-in İntizam Komissiyasının sədri

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Ötən ay atasından, bu ay isə özündən prokurorluğa şikayət olunan deputat

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Ən çox oxunanalar