Bazar ertəsi, 21 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qorxmaz Hüseynovun SOCAR-da vəzifə tutan qardaşının biznes imperiyası: “zapravka”lar, hamamlar, zavodlar – Siyahı

“Azərsu” ASC-nin keçmiş rəhbəri Qorxmaz Hüseynovun qardaşı, SOCAR-ın Neft qazma trestinin rəis müavini olan Faiq Hüseynovun biznes imperiyası üzə çıxıb

TİA.Az-ın əldə etdiyi məlumata görə, F.Hüseynovun əmlaklarının siyahısında “Linkoyl” yanacaqdoldurma məntəqələri başda gəlir.

Bu YDM-lərin adı “Lukoil”lə oxşsar olsa da, fərqli firmadır və şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərir. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, “Linkoyl” yanacaqdoldurma məntəqələrində yanacaq kifayət qədər keyfiyyətsizdir.

F.Hüseynovun biznes səltənətində ikinci yeri isə hamamlar tutur. Bakıda “Bəy” hamamı, “Atilla” hamamı və daha 7 hamam onun gəlir mənbələri sırasındadır. Q.Hüseynovun qardaşı hətta obyektlərindən birini “Azərsu” ASC-nin Xətai rayon idarəsinə icarəyə verib.

Bundan başqa, paytaxtda “ekologiya postu” adlanan yerin arxasında “Şamlıq” istirahət mərkəzi də F.Hüseynova məxsusdur. Yeri gəlmişkən, hazırda həbsdə olan Ata Abdullayev adlı şəxs həmin restoranda karantin vaxtı toy keçirilməsini aşkarlamış və ictimailəşdirmişdi.

SOCAR-da vəzifə tutan F.Hüseynovun Xətai rayonunda restoranları, obyektləri yüksək məbləğə arendadır. Həmin obyektlər onun bacısı oğlu Habil tərəfindən idarə edilir.

Məlumata görə, F.Hüseynovun biznes imperiyası bununla məhdudlaşmır, onun kərpic zavodları, Şabranın Kirvan kəndində isə Hüseynov qardaşlarının vilları var. Hətta deyilənə görə, villanın birində zoopark yaradıb. Dünyada olmayan quşlar F.Hüseynovun malikanəsində saxlanır.

Eyni zamanda paytaxtın “Montin” ərazisindəki evində təkcə kosmetik villasına 1 milyondan çox pul qoyub. Mənbə bildirir ki, F.Hüseynovun gözü doymayıb, Pirallahıda çörək zavodu da işləyir. Həmçinin, plastik boru buraxan zavod – “Azərtexnolayn” da ona məxsusdur.

P.S.Məsələyə münasibət öyrənmək üçün qarşı tərəflə əlaqə saxladıq. Faiq Hüseynov əməkdaşımıza açıqlamasında bildirdi ki,sadalananların heç biri ona məxsus deyil. O həmin obyektlərin bəzilərinin bacanağının olduğunu, bəzilərinin isə sahiblərini tanıdıqlarını desə də, ona aidiyyatının olmadığını bildirdi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

MSK: Nikol Paşinyan seçkilərin qalibidir - Partiyası seçkilərdə 53,9 % səs alıb - Yenilənib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Pirallahı RİH-də əməliyyat keçirir 

Simonyanın 7 və 8 yaşlı uşaqları türkləri öldürməyə çağırdı - Video

Moskvadan Paşinyanın qələbəsinə gözlənilməz reaksiya

Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

Koçaryanın seçki qərargahı: “Ümidimiz şəhər vilayətlərinə, xüsusən də İrəvanadır”

Erməni xalqının darmadağın etdiyi müxalifət və zəfər şərabını yenidən içən Paşinyan...

Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək

Rusiyanın reallaşmayan Ermənistan planı... - Bir daha Paşinyanı seçdiyinə görə Kreml erməni xalqını cəzalandıra bilərmi?

Tural Səfərovu Naxçıvanda niyə həbs ediblər? – Zorla sildirilən statusda nə yazılıb?

İnam Kərimov qurdları ac qoyub - İlginc faktlar... - Foto

Ən çox oxunanalar