Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Qorxmaz Hüseynovun kürəkəni rəhbərliklə mübahisə edib işdən çıxdı 

"Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qızının əri, icra başçısının oğlu Turan Həsənzadə işdən çıxıb.

PİA.az xəbər verir ki, bir müddət əvvəl lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə gələn Turan Həsənzadə Ədliyyə Nazirliyindəki vəzifəsindən ayrılıb.

Əldə etdiyimiz məlumata görə Turan Həsənzadə ilə rəhbərlik arasında narazılıq yaranıb. Generalla arasında yaranan mübahisədən sonra onun işdən çıxarılması qərarlaşdırılıb. Lakin T.Həsənzadə özü ərizə yazaraq işdən çıxıb.

Xatırladaq ki, martın 19-da gecə saat 1 radələrində qəza baş vermişdi. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku"nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər vəzifələrdən birini tuturdu. Onun atası Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur. (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

BDU-nun iki əməkdaşının bıçaqlanmasının səbəbi bilindi - Yenilənib, Foto

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

"Ola bilsin, nazir də dəyişilsin, mülki şəxs gətirilsin”

Payızda referendum iddiası - Hakimiyyət niyə konstitutsiya islahatlarına ehtiyac duyur?

Peterburqda 16 yaşlı Murad qarpıza görə 19 yaşlı oğlanı öldürdü

Vüqar Zeynalov Səbail rayonuna icra başçısı təyin olunandan sonra milyonluq villanı nəylə tikib?

Vaksinasiya ilə bağlı qəbul edilən yeni qadağalar... - Bu qaydalar könüllülüyə və konsitutsion hüquqlara zidd deyilmi?..

Ən çox oxunanalar