Çərşənbə, 22 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Qonşularımızı seçimə məcbur edirlər, deyirlər ki, sən ya Qərbləsən, ya Rusiya ilə...”

Qərb ölkələri Rusiyanın ətrafında qeyri-stabillik zolağı yaratmağı, onu hansısa “sanitar kordonla” əhatəyə almağı planlaşdırır.

Virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiya xarici işlər naziri Sergey LavrovRusiyanın xarici siyasəti: uğurlar, vəzifələr və perspektivlər” mövzusunda keçirilən seminarda (videokonfrans formatında) çıxış edib.

Nazirin sözlərinə görə, belə cəhdlər Rusiyanın yaxın qonşularının və tərəfdaşlarının , o cümlədən Belarusun və Moldovanın hesabına edilir. “...Bizim ətrafımızda qeyri-stabillik zolağı formalaşdırmağa çalışırlar, yaxın qonşularımızı, bizə qardaş xalqları seçimə məcbur edirlər, deyirlər ki, sən ya Qərbləsən, ya Rusiya ilə. Bizim ətrafımızdakı əraziləri ən müxtəlif yollarla, həm hərbi, həm iqtisadi yollarla öz nəzarətlərinə almaq, Rusiyanın ətrafında “sanitar kordon” yaratmaq istəyirlər. Hələ üstəlik bundan hansısa fayda götürmək istəyirlər ki, Qərb bizimlə qonşu olan ölkələrin inkişafına həlledici təsir göstərəcək”,-Lavrov belə deyib.

Nazirin sözlərinə görə, Qərbin bu siyasi dəst-xətti ən parlaq şəkildə Ukraynada özünü göstərib, habelə son aylarda rəngli inqilablar metodu ilə Belarusda vəziyyəti qarışdırmağa cəhd ediblər. Lavrov qeyd edib ki, ABŞAvropa İttifaqı ölkələri Moldova uğrunda geosiyasi rəqabət başladıblar, seçki kampaniyasının gedişində açıq təbliğatdan çəkinməyiblər. (Moldovada bu günlərdə keçirilən parlament seçkilərində rusiyameyilli qüvvələr məğlub olub,-red.)

“Elə indi də bizim qərbdən olan həmkarlarımız Mərkəzi Asiya və Cənubi Qafqaz da daxil olmaqla Rusiyanın sərhədlərinin perimetri boyu öz iştiraklarını genişləndirməyə çalışırlar, o cümlədən hərbi iştiraklarını”,-Lavrov sensasion dəyərləndirmələrinə davam edərək bildirib. Xarici işlər naziri deyib ki, bütün bu cəhdlərin son məqsədi Dövlət Dumasına seçkilər ərəfəsində Rusiya daxilində vəziyyəti “qarışdırmaq”dır.

Qeyd edək ki, Lavrov Qərbin Cənubi Qafqazda da öz iştirakını genişləndirməyə çalışmasını Rusiyaya təhdid kimi dəyərləndirib, amma rusiyameyilli qüvvələrin seçkiləri uduzduğu Ermənistana toxunmayıb. Hansı ki, eyni məntiqlə Ermənistanda da Rusiyanın Qərb tərəfindən sıxışdırılmaqda olduğunu demək olar.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

Məktəblərin “əl yandıran” bahalı qiymətləri: 68 min… - Siyahı

İrandakı soydaşlarımız etiraza qalxır: Tehrana bir həftə vaxt verildi

Qisas zəminində qətl: Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

Pakistan Azərbaycana görə İrana xəbərdarlıq edib: "Elə etməyin ki, Tehrana qoşun yeridək"

Bu müğənnilər də cinayət məsuliyyətinə cəlb oluna bilər

“Nə dövlətimiz var, nə müstəqilliyimiz - Şərəfimiz də yoxdur, Qarabağ da...”

Koronavirus xəstələrindən pulu necə alıblar? – Sensasion mesajlar üzə çıxdı

“Yeni Klinika”nın direktoru: "İpotekada olan evdən və bir maşından başqa nəyim var?"

Londonda meşəsi olan sabiq nazir indi haradadır? – Unudulan məmurlar

Səttar Möhbalıyevin 30 illik fəaliyyəti yoxlanılmalı, o layiq olduğu cəzanı almalıdır- Qudaların “işbirliyiİ”…

“Bandotdel” 20 nəfərlik narkotacir şəbəkəsini saxladı - Başçıları qadın olub - Foto

Ən çox oxunanalar