Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qocaman təhsil ocağının uğurları

Tarixən Qazax mahalının şairlər, yazıçılar, ziyalılar yurdu olduğu hər kəsə məlumdur. Əzəldən bu bölgənin adamları elmə, təhsilə maraqlı olmuşlar. Qazaxda fəaliyyət göstərən təhsil müəssisələri uğur qazanmaq üçün sanki yarışa giriblər. Əldə etdiyimiz məlumata görə, cari ildə ali məktəblərə qəbulun nəticələri üzrə respublikada birinci onluqda yer alan, regionda isə birinciliyi qoruyub saxlayan yenə də Səlim Əfəndiyev adına Qazax şəhər 1 saylı tam orta məktəb olmuşdur.

Bu təhsil müəssisəsinin bir əsrdən artıq yaşı var. Fəaliyyət göstərdiyi dövrdə məktəbin minlərlə layiqli yetirmələri olub. 1 saylı tam orta məktəb 1904-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlamış, 1914-cü ildə isə orta məktəb statusu almışdır. Məktəb 1992-ci ildən Qori seminariyasının məzunu S.Əfəndiyevin adını daşıyır. Hazırda 1 saylı tam orta məktəbin binası müasir standartlara tam cavab verir. Məktəbin ilk illərdə fəaliyyət göstərdiyi bina da qalmaqdadır. Bu tədris müəssisəsi uzun illərdir ki, qabaqcıllığı qoruyub saxlamaqdadır. Məktəbdə xüsusi nizam-intizam və təmizlik ilk baxışdan diqqəti cəlb edir. 1 saylı tam orta məktəb 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə əsaslı təmir olunmuş, ixtisaslaşdırılmış tarix, coğrafiya, informatika və hərbi kabinetləri, habelə fizika və kimya laboratoriyaları zəruri avadanlıqlarla təchiz olunmuşdur. Məktəb 2 dəfə -2009 və 2014-cü illərdə - ilin ən yaxşı məktəbi adını qazanmış, hər dəfə dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 10000 (on min) manat pul mükafatına layiq görülmüşdür. Məktəbdə 780 şagirdin təlim-tərbiyəsi ilə 70 müəllim məşğul olur. 2019-2020-ci tədris ilində qəbul sayına görə məktəb ölkədə 3-cü yeri, Qazax-Ağstafa zonasında isə 1-ci yeri qazanıb. 2020-2021-ci tədris ilində isə məktəbi 68 nəfər şagird bitirib. Onlardan 43 nəfəri ali məktəbə qəbul olub. 2 nəfər 650 baldan 10 nəfər 500 baldan, 6 nəfər isə 400 baldan yuxarı nəticə göstərərək nüfuzlu ali təhsil ocaqlarına qəbul olmuşlar. Hər il məktəbdə müxtəlif tədbirlər keçirilir.

2020-2021-ci tədris ilində Nizami Gəncəvinin 880 illik yubileyi çərçivəsində geniş tədbirlər həyata keçirilərək sərgilər təşkil olunub və Nizami Gəncəvi guşəsi yaradılıb. Eyni zamanda, görkəmli saz-söz ustadı, haqq aşığı Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmus poeziya gecəsi təşkil olunmus, Aşıq Ələsgər poeziyası şagirdlər arasında böyük marağa səbəb olmuşdur.

Məktəb özünəməxsus ənənələrini uğurla davam etdirmək üçün yeni tədris ilinə daha həvəslə hazırlaşıb.

Vəli Vəliyev

"Respublika” qəzetinin bölgə müxbiri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar