Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qocalma hüceyrələrinin faydası aşkarlanıb

ABŞ tədqiqatçıları insan orqanizmində qocalma hüceyrələriin faydalı xüsusiyyətini aşkar ediblər...

San-Fransiskodakı “Kaliforniya” Universitetində aparılan araşdırmada qocalmaya bağlı xəstəliklərdə rol oynadığı üçün çox da populyar olmayan bu hüceyrələrin əslində zədələnmiş toxumaların sağalmasına kömək etdiyi ortaya çıxıb.

Milli Qocalma İnstitutu, çoxalmağı dayandıran, lakin zədə və ya stress səbəbiylə ölməyən yaşlı hüceyrələri "zombi hüceyrələri" adlandırır. Bu institut dəri hüceyrələrini 30 yaşa qədər cavanlaşdırmağın yolunu tapıb. Buna görə yaşlanma əleyhinə müalicə üsulları hazırlamağa çalışan alimlər zombi hüceyrələrindən xilas olmağı düşünürlər. Lakin elmi araşdırma jurnalında dərc olunan yeni araşdırma göstərir ki, bu hüceyrələri məhv etmək heç də yaxşı fikir deyil.

Tədqiqatçılar qocalmış hüceyrələrin əslində kök hüceyrələrin inkişafına kömək etdiyini aşkar ediblər. Bu, zombi hüceyrələrinin mümkün zədələnmədən sonra ağciyər toxumasının bərpasında rol oynadığını göstərir. Laboratoriya siçanları və insan hüceyrələri üzərində aparılan araşdırmada qocalma ilə bağlı xəstəliklərlə mübarizə aparmaq üçün hazırlanan iki dərmanın – dasatinib və quercetin-in təsiri araşdırılıb. Məlum olub ki, “zombi hüceyrələri”ni öldürdüyü bilinən bu dərmanlar ağciyərləri təmir edən mexanizmi pozur. Tədqiqatın həmmüəllifi Tien Penq vurğulayır ki, qocalma açma-söndürmə açarından daha çox siferblat kimidir. Buna görə də “zombi hüceyrələri” ən gəncdən böyüyə qədər geniş spektrə malikdir. Buna görə də tədqiqatçılar qocalmanı gecikdirməyə çalışarkən bütün “zombi hüceyrələri”in eyni şəkildə müalicə oluna bilməyəcəyini düşünürlər.

"Bəlkə də qocalma xəstəliklərinin ilk əlamətləri görünəndə qocalmış hüceyrələrin ən zərərli olanını müəyyən etməliyik", deyə tədqiqatçı Leanne Jones vurğulayıb. Tədqiqat göstərir ki, faydalı olanları toxunulmaz qoyaraq zərərli hüceyrələri müəyyənləşdirməyə və hədəf almağa çalışmalıyıq. “New Atlas” jurnalına danışan alim sözlərini belə davam etdirib:

“Tapıntılar regenerasiyaya yönəlmiş müalicələrdən daha çox, xəstəlikdə iştirak edən bu hüceyrələrin spesifik alt qruplarını hədəf almaq üçün dərman və molekulların hazırlanması ehtiyacını vurğulayır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar