Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

QMİ sədri: "Tarixdə ilk dəfədir ki, din xadimi Birinci Fəxri xiyabanda dəfn olunur"

“Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein (Aleksandr Ata) Qarabağla, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynayıb. O, özünü Azərbaycanı sevən böyük insan idi”.

PİA.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri deyib ki, Aleksandr Ata hər zaman Allahın ona Azərbaycan torpaqlarının işğaldan azad edilməsini görməyi nəsib etməsini istəyib, bununla bağlı dualar edib: “Aleksandr Azərbaycan torpaqlarının işğaldan azad edilməsini gördü. Amma heyf ki, bu gün o, bizim aramızda deyil. Aleksandr Atanın hər zaman Ümummilli lider Heydər ƏliyevPrezident İlham Əliyevlə söhbətlərindən fəxrlə danışardı. Ruhu şad olsun. İnanıram ki, Aleksandr Ata dünyadan köçsə də, “Rus Pravoslav Kilsəsi ilə dostluq münasibətləri davam edəcək. Bu gün Aleksandr Atanın Birinci Fəxri xiyabanda dəfn edilməsi də dövlət-din münasibətlərinin göstəricisidir. Tarixdə ilk dəfədir ki, din xadimi Birinci Fəxri xiyabanda dəfn olunur. Ona görə də biz dindarlar, din xadimləri olmaqla, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk. O cümlədən Pravoslav Kilsəsinin nümayəndələrinin də dəfn mərasimində iştirak etməsi böyük etimaddır. Bu, həm də Aleksandr Atanın böyük hörmətinin göstəricisidir. Biz ümid edirik ki, bu əlaqələr gələcəkdə də davam edəcək ”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

BDU-nun iki əməkdaşının bıçaqlanmasının səbəbi bilindi - Yenilənib, Foto

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını aşağıladı: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - Səs yazısı

"Maşın bazarı"nda özünü partladan kişinin kimliyi müəyyən olundu - Yenilənib, Video

DTX-dan əməliyyat: Silahlı Qüvvələrin bölmə rəisi həbs edildi

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

Payızda referendum iddiası - Hakimiyyət niyə konstitutsiya islahatlarına ehtiyac duyur?

"Ola bilsin, nazir də dəyişilsin, mülki şəxs gətirilsin”

Peterburqda 16 yaşlı Murad qarpıza görə 19 yaşlı oğlanı öldürdü

Vüqar Zeynalov Səbail rayonuna icra başçısı təyin olunandan sonra milyonluq villanı nəylə tikib?

Ən çox oxunanalar