Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal temperaturun artımı 3 dərəcəni keçərsə...

Qlobal iqlim dəyişmələri ilk növbədə kənd təsərrüfatının məhsuldarlığını azalda bilər. Dünyada bir milyarda qədər insan kənd təsərrüfatı ilə məşğul olur. Burada qida təhlükəsizliyi məsələsi gündəmə gələ bilər. Bütün ölkələr qida təhlükəsizliyi məsələlərinə hazır olmalıdır. Su qıtlığı məsələsi yenə də öz aktuallığını saxlayacaq. Qlobal temperaturun 2 dərəcə artması bütün dünyada su resurslarına yenidən baxışı gündəmə gətirəcək. Bir çox ölkələrdə buzlaqlar əriyib və onların əriməsi hesablama və analizlər aparılmasını tələb edir. 2080-ci ilə qədər dünyada 1,8 milyard insan su qıtlığından əziyyət çəkə bilər.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda deyib.

O bildirib ki, bununla yanaşı, ekosistemlər məhv ola bilər: "Temperaturun 2 dərəcəyədək artması fauna və flora növlərinin məhvolma riskini artıracaq. Artım 3 dərəcəni keçərsə, biomüxtəlifliyə aid növlərin təqribən 20-30 faizinin nəsli kəsilə bilər.

Digər mənfi təsir insan sağlamlığına ilə bağlıdır. Xroniki xəstəliklər arta bilər. O cümlədən temperaturun artması ilə malyariyanın əhatə dairəsi genişlənə və əlavə 400 milyonadək insan həmin xəstəliyə yoluxa bilər. Həmçinin yeni hibrid müxtəlif xəstəlik növlərinin meydana gəlməsi qaçılmazdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar