Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal risk yaradan ABŞ seçkilərinin təhlükələri... - Tramp seçkiləri saxtalaşdıra bilər?..

ABŞ-da heç bir prezident seçkiləri dünyanın qalan hissəsinin sülhü, firavanlığı və sabitliyi üçün bu qədər böyük risk yaratmamışdı. Dünyanın təcili olaraq bir sıra ümumi problemləri həll etməli olduğu bir zamanda ABŞ-da seçki böhranının baş verməsi fəlakətə barədə olacaq...

Sigmar Gabriel
“The Independent” qəzeti, Türkiyə, 30 avqust 2020-ci il

Jül Vernin “80 gün dünya ətrafında” kitabının əksinə olaraq, müasir dünyanın yaxın 80 gündə edəcəyi səyahət macəra deyil, əziyyətli bir proses olacaq. Ancaq bunun sonu qlobal və tarixi nəticələri olan bir hadisə ilə sona çatacaq.

3 aydan az bir müddətdə Amerika Birləşmiş Ştatları 4 ildə bir keçirilən 59-cu prezident seçkiləri üçün səsverməyə gedəcək. İqtisadi və hərbi baxımdan ABŞ hələ də iki əsas rəqibindən (Rusiya və Çin) daha güclüdür və buna görə də seçkiləri hər zamankı kimi qlobal önəm daşıyır. Ancaq bu vaxtadək ABŞ-da keçirilən heç bir seçki dünyanın qalan hissəsi üçün bu qədər ciddi bir təhlükə yaratmamışdı.

Prezident Donald Trampın yenidən seçilməsinin, həm ABŞ-ı, həm də dünyanı təhlükəyə atacağı şübhəsizdir. Üstəlik, bir qədər fərqli seçki nəticəsinin ABŞ-ı dərin və uzunmüddətli bir konstitusiya böhranına və bəlkə də, vətəndaş müharibəsinə aparacağından qorxmaq üçün kifayət qədər əsas var.

Eynilə Tramp 2016-cı ildə olduğu kimi xalqın səsini itirsə və yalnız nümayəndələrin səsi ilə qələbə qazansa, çox güman ki, nə rəqibi Co Bayden, nə də ölkədə ona qarşı duran çoxluq 2016-cı ildə Hillari Klintonun və 2000-ci ildə Al Qorun razılaşdığı qədər asanlıqla qəbul etməyəcək. Üstəlik, Ali Məhkəmə Corc Buşu seçərkən etdiyi kimi qalibi müəyyənləşdirmək yenə araya girsə, böyük ehtimalla, ölkə daxilində kütləvi etirazlar baş verəcək. Buna cavab olaraq Tramp da Portland və digər şəhərlərdə çoxdan etdiyi kimi, ABŞ federal hüquq mühafizə orqanlarını sərbəst buraxa bilər.

Alternativ olaraq Baden ictimai sorğularda daim irəlidə olduğu üçün Tramp Covid-19 pandemiyasından seçkiləri təxirə salmaq üçün bir bəhanə kimi istifadə edə və ya bu da olmasa, seçkini saxtalaşdıra bilər. O, bütün yay boyunca poçt vasitəsilə göndərilən bülletenlərin etibarlılığını qaralayaraq 3 noyabr seçkilərini əvvəlcədən qanunsuz hala gətirməyə çalışdı. Bu hərəkətlərinə qarşı ciddi müqavimət göstərilmiş olsa da, Tramp seçkilərin nəticəsindən asılı olmayaraq seçici bazasını hərəkətə keçirmək və Ağ Evə yapışıb qalmaq üçün bir zəmin hazırlayır.

Son vaxtlar Portland və Çikaqoda baş verən iğtişaşlar və talançılıq bu strategiyanı davam etdirən Trampa kömək edəcək. Hələ bir müddət əvvəldən Portlandın mərkəzindəki nisbətən kiçik (və daha çox dinc) etirazçı qrupları qorxutmaq üçün Daxili Təhlükəsizlik Departamentinin qoşunlarını göndərməyə hazır idi. Proqnozlaşdırılan (və bəlkə də, arzuolunan) nəticə etirazların böyüməsi və şiddətin artması idi. Trampın orta sinif ağ dərili və şəhərətrafında yaşayan sakinlərə verdiyi mesaj aydındır: budur sizə qanun və nizam verən bir prezident.

Əhalini yatırmaq üçün federal qaynaqlardan istifadə edilməsi də Trampın seçkilərin ədalətli və sakit şəkildə, rəqiblərinin seçki saxtakarlığı olmadan seçkilərin keçirilə bilməyəcəyi iddiasını dəstəkləyir. Dinc etirazlarda iştirak edən ağır silahlı sağçı milislərin görüntüləri bu payızda ölkəni nələrin gözlədiyindən xəbər verir.

Daxili anlaşmazlıqları xarici siyasətinə getdikcə daha çox yayılmaqda olan ABŞ-ın bu vəziyyəti, bəlkə də, bu günlərdə dünyanın qalan hissəsinin üzləşdiyi ən böyük təhdiddir. Dünyada artan risklər dövründə (pandemiya və iqlim dəyişikliyindən nüvə silahlarının yayılmasına və Çinlə Rusiyanın iddialı mövqeyinə qədər) ABŞ-dan gələn siyasi partlayış təhlükəni artıran son ünsür olacaq. İqtisadi, siyasi və hərbi baxımdan Amerika administrasiyası ölkə daxilindəki məhdud bir seçici kütləsinə qarşı oynamaq üçün fasilə verə bilməz və ya qlobal münaqişələri gözlənilməz şəkildə məhv edə bilməz.

Yeganə ümid həm nümayəndələrin, həm də xalqın səsverməsindən açıq bir qalibin çıxmasıdır. Buna baxmayaraq, poçtla verilən səslər çox olduğu üçün yekun nəticəni hesablamaq vaxt apara bilər. Ştatdan asılı olaraq, 2 və ya 3 noyabr möhürlü olan hər bir bülleten etibarlı sayılacaq, yəni son nəticə seçki gününün sonunda müəyyənləşməyəcək. Bu qeyri-müəyyənlik çərçivəsində hər iki kampaniya da mövcud səslərə görə öz qələbəsini elan etməyə çalışa bilər.

Hər halda Trampın son nəticəni əldə etmək üçün Oval Ofisdə günlərlə və ya həftələrlə nəzakətlə gözləmək ehtimalı olduqca azdır. İndidən müsahibələrində Ağ Evdən ayrılmayacağı ilə bağlı birmənalı olmayan açıqlamalar verir.

Demokratik, sənayeləşmiş ölkələrdən ibarət olan köhnə Qərb ittifaqı son illərdə bir çox səhvlərə yol verib və beynəlxalq nüfuzu aşağı düşüb. Ancaq Qərbin nisbətən geniş cazibəsi üçün heç bir qurum azad və ədalətli seçkilərdən daha vacib ola bilməz. Əgər Qərbin keçmiş faktiki lideri artıq bu prinsipi belə qoruya bilmirsə, dünyanın qalan hissəsi də digər siyasi sistemlərə üstünlük verə bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar