Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Sahil Babayevin “sosial yardım islahatları” “Ginnesin rekordlar kitabına” düşməlidir. Əlilləri zəlil edən nazir bir ildə dövlətin yardımına ehtiyacı olan kasıb əhalinin sayını da iki dəfə azaldıb...

İqtisadçı-ekspert: “Ölkədə yaşayış minimumu bu il bir az da artırılıb. Necə olur ki, yaşayış minimumu artırılıb, ancaq kasıbların sayı azalıb?”.

“Görünən odur ki, real mənzərə hesaba alınmır. Ölkədə kasıbların sayı heç də elan etdikləri kimi 5 faizin altında deyil. Mən güman edirəm ki, bu statistika ən azı 15-20 faizinin arasındadır”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli statistikaya görə ölkədə sosial yardıma ehtiyacı olan kasıb insanların sayının iki dəfə azaldılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Statistika Komitəsinin yaydığı məlumata əsasən bu ilin aprel ayının əvvəlinə Azərbaycanda 33,4 min ailənin 146 min 430 üzvü ünvanlı dövlət sosial yardım alıb. Ötən ilin aprel ayının əvvəlində isə ölkədə 66,1 min ailənin 279 min üzvü ünvanlı dövlət sosial yardımı verilib. Belə görünür ki, ötən bir ildə Azərbaycanda sosial yardıma ehtiyacı olan kasıb insanların sayı iki dəfə azalıb.

Bundan başqa ölkə üzrə adambaşına düşən sosial yardımın məblği 67,96 manat təşkil edib ki, bu da yaşayış minimumundan 3 dəfə azdır.

Xatırladaq ki, Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra əsas fəaliyyətini əhalinin sosial müdafiəsini yüksəltməyə deyil, əlillərin və dövlətin yardımına ehtiyacı olan ailələrin sayını kəskin şəkildə azaltmağa yönəlib. Bu fəaliyyət isə öz bəhrəsini verməkdədir. Lakin bir il müddətində ölkədə ciddi qiymət artımı və inflyasiya müşahidə olunduğu, pandemiya dönəmində işsizlərin sayının kəskin şəkildə artdığı və özəl sektorda çalışan insanların gəlirinin aşağı düşməsinə baxmayaraq, dövlət yardımına ehtiyacı olan ailələrin sayının iki dəfə azalması doğrudan fantastikadır.

Əlbəttə ki, Nazirlikdən iddia edə bilərlər ki, həmin ailələrin çoxusu saxta yollarla dövlətdən yardım alıblar. O zaman bu yardımları saxta yolla paylayıb mənfəət götürənlər niyə məsuliyyətə cəlb olunmur və bu azalma son bir ildə olduğuna görə saxta yardımların verilməsinə görə də Sahil Babyev məsuliyyət daşımırmı? Ümumiyyətlə ƏƏSMN Sahil Babayevin zamanında çoxlu sayda saxta əliliyin və sosial yardımın verilməsinin qarşısının alınması haqda məlumatlar yayıb. Bəs sual olunur, bu saxta əlilliyi və sosial yardımları “paylayanların” neçəsi məsuliyyətə cəlb olunub, neçəsi hazırda həbsdə yatır. Məsələ ondadır ki. həmin saxta əlilliyi və sosial yardımları “paylayanların” çoxusu yenə də vəzifə başındadırlar və yenə də dövlətin büdcəsinin gəmirmək üçün müxtəlif yollara baş vurmaqdadırlar.

Bəs artan qiymətlər və inflyasiya fonunda kasıbların sayının son bir ildə 50% azalmasını nəylə izah eləmək olar?. Bu sosial inkişafın və rifahın göstəricisidirmi? Realıqda vəziyyət necədir?

Bütün bunları PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Bu nazirlik əlillərin belə hüquqlarını qorumur, əksinə onları bu hüquqlardan məhrum edir. Eyni vəziyyət sosial yardımla da bağlı keçərlidir”.

Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmlərinə istinad edərək belə nəticəyə gəldiyini vurğulayan ekspert Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial siyasətlə məşğul olduğunun qənaətində olmadığını və əslində əhalinin sosial müdafiəsini gücləndirmək üçün deyil, zəiflətmək üçün çalışdığını bildirib:

“Pandemiya dövründə iqtisadiyyatın daralması, eyni zamanda iş yerlərinin bağlanması müşahidə olundu. Üstəgəl təkcə mart ayında dünyada qiymətlər 33,6 faiz artıb. Təkcə bu rəqəm inflyasiya ilə balı Azərbaycandakı orta statistikanı bir neçə dəfə üstələyir.

Mən bilmirəm Statistika Komitəsi hansı meyarlara görə sosial yardıma ehtiyacı olan kasıb insanların sayını iki dəfə azaldıb. Yəqin Statistika Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmlərinə istinad edərək belə nəticəyə gəlib. Amma mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial siyasətlə məşğul olduğunun qənaətində deyiləm. Əksinə bu nazirlik vətəndaşların sosial müdafiəsini təşkil etmək, gücləndirmək əvəzinə bu sosial müdafiəni zəiflətmək üçün çalışır. Konstitutsiyaya görə Azərbaycan sosial yönümlü dövlətdir və biz sosial dövlətdə yaşayırıq. Amma bu nazirlik əlil vətəndaşların əlillik dərəcəsinin ləğv etməklə gündəmə gələn nazirlikdir. Yəni bu nazirlik əlilllərin belə hüquqlarını qorumur, əksinə onları bu hüquqlardan məhrum edir. Eyni vəziyyət sosial yardımla da bağlı keçərlidir.

Nazim Bəydəmirli: “Ölkədə kasıbların sayı heç də elan etdikləri kimi 5 faizin altında deyil. Mən güman edirəm ki, bu statistika ən azı 15-20 faizinin arasındadır”.

Eyni zamanda kütləvi surətdə işsizlik olduğu halda işsizlərə real iş təklifi vermədən məşğulluqla bağlı məlumatları ancaq kağız üzərində olan nazirlikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi yerlərdə bir nəfərin də işsiz kimi qeydiyyata alınmadığını elan edib. Bu nazirlik həmişə gülüş obyekti olub və olmaqda da davam edir.

Qeyd edim ki, bu nazirlik özü üçün məşğulluqla bağlı bəzi proqramlar qəbul edib. Mediaya sızan və sosial şəbəkələrdə paylaşılan videolardan görünür ki, bu layihələrdən nə qədər milyonlar mənimsənilib. Bu baxımdan yəqin onlar özlərinə baxıb kasıb əhalini siyahıya alırlar. Gəliri gündə 2 dollara yaxın olan vətəndaşları bu kateqoriyaya aid edirlər. Ancaq bu artıq köhnəlmiş kateqoriyadır.

Əslində Azərbaycanda kasıblığın meyarı yaşayış minimumu səviyyəsi olmalıdır. Ölkədə yaşayış minimumu bu il bir az da artırılıb. Necə olur ki, yaşayış minimumu artırılıb, ancaq kasıbların sayı azalıb?

Azərbaycanda statistika aşağı-yuxarı manipulyasiya edilir. Görünən odur ki, real mənzərə hesaba alınmır. Ölkədə kasıbların sayı heç də elan etdikləri kimi 5 faizin altında deyil. Mən güman edirəm ki, bu statistika ən azı 15-20 faizinin arasındadır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar