Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qisas” əməliyyatı ordumuzun gücünü bir daha göstərdi

Ayqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində olarkən Azərbaycan Televiziyasına müsahibə verdi. Ölkə başçısı müsahibəsində Azərbaycan xalqının, dövlətinin və ordusunun qətiyyətini bir daha qeyd etdi. Cənab Prezident bu müsahibə zamanı bir çox sahəyə öz münasibətini bildirməklə yanaşı Laçın istiqamətində həyata keçirilmiş qısamüddətli, lakin güclü təsirə malik əməliyyatın əhəmiyyətini xüsusi vurğuladı. Əlbəttə, ölkənin taxıla, buğdaya olan ehtiyacı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər vacib amillərdir. Ölkəmiz bu istiqamətdə lazımi işlər görür. Lakin ərazi bütövlüyümüzün təminatı, sülhün tam mənada bərpası həm də azad olunmuş torpaqlarda əkinçilik və maldarlığın inkişaf etdirilməsi ilə ərzaq təhlükəsizliyinə verilmiş töhfə olacaqdır və ölkə başçısınını qeyd etdiyi kimi bu proses artıq başlanıb.

Bu il avqust ayının əvvəlində Laçın istiqamətində on səkkiz yaşlı əsgərimizin Ermənilər tərəfindən şəhid edilməsi və buna verilən ən sərt cavab, növbəti dərs dəmir yumruğun yerində olmasını sübut edən amil idi. Ordumuz “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını yerdə qoymadı alındı və qarşı tərəf ciddi şəkildə cəzalandırıldı. Ermənistan cəmiyyəti və havadarları ordumuzun gücünü bir daha gördü.

Cənab Prezidentin bildirdiyi kimi Azərbaycanın qarşısında ciddi hədəfləri və bu hədəfləri həyata keçirmək üçün gündəliyi mövcuddur. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatır və ciddi uğurlar əldə edir. Bizi heç bir siyasi, iqtisadi, hərbi qüvvə saxlaya bilməz. Ölkəmiz öz ərazisində istədiyi qanuni addımı ata bilər. Əlbəttə, üç dövlət arasında imzalanmış 2020-ci il 10 noyabr Bəyanatı həyata keçirilməlidir. Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinə və erməni terrorçu ünsürlərə məxsus silahlı dəstələr qalmamalıdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasını almadı, eyni zamanda da çoxlu sayda erməni yaraqlılarının ərazidən çıxarılmasına səbəb oldu. 100 min nəfərdən çox orduya malik Azərbaycanı heç bir qüvvənin, bəyanatın, açıqlamanın durdura bilmədiyini bütün dünya bir daha gördü.
Bu gün Cənubi Qafqaz regionu artıq sülhün və əməkdaşlığın mərkəzinə çevirilməkdədir. Tarix boyu Rusiya imperiyasının cənub sərhədlərində yerləşən bu ərazi indi müstəqil siyasət yürüdən və yeni reallıqların formalaşdığı bölgədir. Azərbaycan yerləşdiyi regionun inkişafında yeri gəldikdə siyasi, iqtisadi, ictimai, yeri gəldikdə isə hərbi təsir gücünə malik olduğunu dəfələrlə sübut edib. Təkcə qonşu Gürcüstanın inkişafında Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin və nəqliyyat yollarının böyük əhəmiyyəti vardır. Əgər rəsmi İrəvan doğru mövqe seçsəydi, analoji inkişaf meyilləri Ermənistanla da həyata keçirilə bilər və regionumuz çox böyük tərəqqi yolu keçmiş olardı. Lakin 30 illik işğal hər üç dövləti geriyə saldı. Azərbaycan alternativ yollar tapdı və inkişaf etdi. İndi Qarabağ müharibəsinin bitməsi və Ermənistanla normal münasibətlərin yaradılmaq imkanlarının formalaşması möhkəm sülhə ümidləri artırır.
Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, tolerant bir dövlətdir. Azərbaycanın digər vətəndaşları kimi ermənilər də ölkə ərazisində yaşayacaqlar. İndi Qarabağda yaşayan ermənilər gördülər ki, nə rəsmi İrəvan, nə Rusiya sülhməramlıları onların problemlərinin həllində yardım edə bilmir. Azərbaycan isə onlara yeni və keyfiyyətli yol çəkir, onların qazla təminatını həyata keçirir, təhlükəsizliyini təmin edir. Ermənilər başa düşməyə başlayıblar ki, gələcək inkişafları məhz Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar