Cümə, 27 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qış gəldi, dəm qazı faciələri artdı – Nə etməli? – Ekspert izah etdi

Yenə qış gəldi və dəm qazından zəhərlənmə halları artır. Son 1 gündə İsmayıllıda 1, Sumqayıtda 2 nəfər dəm qazından boğularaq ölüb. Bərdədə 4 nəfər zəhərlənməyə məruz qalıb

Son illərdə aparılan maarifləndirmə və təhlükəsizlik qaydalarına riayət edilməsi nəticəsində illik statistikada azalma olsa da, belə hallar aradan qalxmır. Ona görə də, insanlar diqqətli olmalı, evdə qaz cihazları və borularının normal vəziyyətdə olmasına və hava çıxışlarının təmiz olmasına fikir verməlidirlər. Bəzi hallarda suqızdırıcı qaz cihazlarının qapalı hamamda qoyulması və hamam otağının hava çıxışları olmadığından karbon-monoksiddən boğulma baş verir. Bu qazın iy-qoxusu olmadığından hiss etmək mümkün olmur.

Evlərdə quraşdırılmış qaz avadanlıqlarından düzgün istifadə olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Üstəlik, bu avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır.

Qazsızmalar da böyük faciələrə yol aça bilir. Mütləq şəkildə mənzillərdə və obyektlərdə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır.

Qaz təchizatçısının üzərinə düşən öhdəlikləri də qeyd etməliyik. İndiyədək qaz işçilərinin mənzilə daxil olması qadağan idi, onlar yalnız sayğaca qədər baxa bilərdilər. Bu ildən etibarən qaz istismar idarələri əməkdaşlarına mənzillərdə qaz təhlükəsizliyini yoxlamaq səlahiyyəti verilib. Azəriqaz-ın yerli idarələri öz ərazilərindəki bütün evlərdə, obyektlərdə mütəmadi baxış keçirməli, abonentlərin qaz təhlükəsizliyinə necə riayət etdiklərini yoxlamalıdırlar. Əlbəttə, bunu tez-tez etmək texniki cəhətdən və vaxt baxımından mümkün olmaz, amma uyğun bir müddət müəyyənləşdirilib ardıcıl olaraq həmin müddətdən bir bu yoxlamalar aparılmalıdır. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına yolverilməz dəyişikliklər edənlər müvafiq qaydada cəzalandırılmalıdır. Bundan başqa maarifləndirmə tədbirləri artırılmalıdır.

Normal işləməyən, standartlara cavab verməyən qaz cihazları təhlükə mənbəyidir. Karbon-monoksid qazın natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.

Qarşıdan qış gəlir və qaz cihazlarına düşən yük artacaq və təbii olaraq təhlükə də artacaq. Ona görə də, abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, faciə baş verməsin.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

pia.az


Etiket: Qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş Prokurorluq Gömrük Komitəsində əməliyyat keçirib, 2 vəzifəli şəxs həbs olunub - Yenilənib

Seymur Talıbov və Röya Ayxanın ali təhsil qalmaqalı: BDU-dan gözlənilməz cavab - Yenilənib

Arvadını beşinci mərtəbədən atan şəxslə bağlı qərar  

Gömrükdən kim daha çox pul yığıb: Mehdiyev, yoxsa Bağırov?

Stokholmda Quranın yandırılması Rusiya hərbi kəşfiyyat idarəsinin əməliyyatı idi - Robert Lasting İnstitutu

Senator Qrem: Rus ordusunun “onurğasını” qıracağıq…

Rusiya raketləri üçün artıq Kiyev əlçatmaz olub...

Milli Məclisin rəhbərliyi Erkin Qədirlinin məsələsini araşdıracaq

Baş Prokurorluq: "Bakıda vəzifəli şəxs vətəndaşdan pul alarkən yaxalanıb"

“Kartofun qiyməti 2 manat 50 qəpiyə qədər bahalaşacaq” - Eyyub Hüseynov

Ən çox oxunanalar