Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı 17 nəfər yaralanıb - Yenilənib,Video

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

"Report" xəbər verir ki, bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

Daha 17 tacikin yaralandığı bildirilir. Yaralananlardan altısı mülki şəxs, on biri isə hərbçidir.

***

Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında baş verən atışma zamanı 6 hərbçi yaralanıb.

APA-nın məlumatına görə, daha əvvəl yaralıların 3 nəfər olduğu bildirilirdi.

***

"Tacikistan tərəfi sərhəddə atəşkəs tələblərinə məhəl qoymur".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Son məlumatlara görə, sərhəddə atışma davam edir.

Tacikistanla sərhəddə vəziyyətin gərginləşməsindən sonra Qırğızıstanın Batken vilayətinin bir hissəsi işıqsız qalıb.

***
Qırğızıstanın Tacikistanla dövlət sərhədində vəziyyət gərgin olaraq səciyyələndirilir.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

İki ölkənin sərhəd xidmətlərinin nümayəndələri arasında aparılan danışıqların yekunlarına əsasən, Batken-İsfana yolunun həmin ərazidəki hissəsi yenidən açılıb.

Buna baxmayaraq, axşam saatlarında Tacikistan tərəfinin silahdan istifadə etməsi və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd bölmələrini atəşə tutması səbəbindən vəziyyət daha da pisləşib.

Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatan və qumbaraatanlardan istifadə edir. Tacik mətbuatı 3 hərbçisinin yaralandığı barədə məlumat verib.

Tacikistanla sərhəddə yerləşən Qırğızıstan qəsəbələrinin sakinləri atışma səbəbindən evlərini tərk etməyə başlayıblar.

Atışma davam edir.

Yaranmış gərginliklə əlaqədar Qırğızıstan Operativ Qərargah yaradıb.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.

***

Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında atışma olub.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

“Yanvarın 27-si yerli vaxtla saat 18:30-a (Bakı vaxtı ilə 16:30-red) olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq səciyyələnir”, - məlumatda qeyd olunub.

Bildirilib ki, saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində bəzən yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar