Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qəza törədən Hacı Məhərrəmin kürəkəni deyil – DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda “Range-Rover”in iştirakı ilə baş verən qəza ilə bağlı məlumat açıqlayıb.

DİN-in mətbat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında deyib ki, hadisə gecə saat 1 radələrində Novxanı bağlar sahəsində qeydə alınıb:

Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range-Rover” markalı avtomobil və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə “Daewoo Damas”ın sürücüsü və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range-Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə aparılıblar”.

Polis rəisi hazırda rayon polis idarəsi tərəfindən araşdırmalar aparıldığını vurğulayıb.

Qeyd edək ki, “Range-Rover”in sahibi Elşad Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkənidir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: Bakı niyə susur?

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

Həbs edilən deputat vergi işçisini də döyübmüş

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

Ən çox oxunanalar