Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəşəng qızların hamısı nazirliklərdə katibə işləyir, geyimləri 5-10 min manatdır”

Hansı nazirliyə gedirsən, katibələr elə bil podyuma çıxıblar...

“Mənə elə gəlir ki, məmurların katibələrə xüsusi münasibəti səviyyəsizlikdən və görməmişlikdən irəli gəlir. Adətən, bu vəzifədə imkansızlar daha çox olur və onların imkansızlığından yararlanmaq istəyirlər. Doğrudur, bu, könüllü şəkildə olan bir şeydir, amma bəziləri bunu özü üçün qoçaqlıq, qəhrəmanlıq sayır. Burada bir insan, o uşağın taleyi də var ki, bu talelər qaralır. Sonra da bu işi görən onu bir qəhrəmanlıq mücəssəməsi kimi göstərir ki, mən bu işlə məşğul olmuşam”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun nikahdankənar oğlunun ortaya çıxmasından sonra yaranan rezonansa, habelə vəzifələri şəxslərin katibələri ilə şəxsi münasibətlər zəminində ortaya çıxan bu səpkili faktlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir tək Elman Rüstəmov bu durumda deyil, məmurların çoxu da bu gündədir:

“Bu, bir əxlaq məsələsidir. Əxlaqı olmayan adama nə deyəsən? Gərək, əxlaqlı olasan ki, belə şeylərdən uzaq olasan. Əxlaq olmayan yerdə pulun temperaturuna dözməmək və görməmişlik var. Bunların hamısı buket şəklində istənilən məmuru yoldan çıxarır. Təəssüf ki, bu belədir”.

C.Nuriyevin fikrincə, onlar öz məsuliyyətlərini dərk etsəydilər, bu uşaqları atmazdılar:

“Dövlət vəzifəsi bu insanlara verilir, amma dövlət vəzifəsini şəxsi hisslərə qurban vermək heç də yaxşı şey deyil. Bütün hallarda ortaya çıxan məsələlərdə dəqiqləşdirmə aparılmalıdır. Bəlkə də o uşağı kimsə qızışdırıb ortaya salıb? Mən bilmirəm, o, Elman Rüstəmovun uşağıdır, ya yox, amma özü elan edir ki, onun oğludur. Məncə, onun DNT analizi də aparılmalıdır. Burada media günahkar deyil. Əslində, o uşağın özü çıxıb müraciət edib. Bəlkə heç uşaq Elman Rüstımovdan deyil, başqasındandır? Çünki onun anası bu uşaqla bir başqasına ərə gedib”.

Müsahibimiz təəssüflənib ki, Azərbaycanda o qədər qəribə, qeyri-adi əxlaqsızlıq nümunələri var ki, adam belə şeyləri danışmağa utanır:

“Bu cəmiyyət belə deyildi. Amma indi guya cəmiyyətli Avropalaşdırırlar, amma cəmiyyətdə əxlaqsızlığı dəb halına salıb yaşam norması kimi gündəmə gətirirlər. Eləcə də telekanallar bunu təbliğ edir. Ona görə də gənclər fikirləşir ki, əxlaqsız olsam, hər şeyim olacaq. Bunlar cəzalanmalıdır. Media bu qədər üstünə gedir, amma yenə də imkanlıların, vəzifəlilərin aktrisalardan tutmuş katibələrə qədər bir çox qadından uşaqları var. Bunların xərclədiyi pullar da dövlətin vəsaitidir, prokurorluq buna baxmalıdır”.

“Hansı nazirliyə gedirsən, katibələr elə bil podyuma çıxıblar. Sanki katibələrin seçilməsi üzrə yarış gedir, ən gözəllərini seçməlidirlər. Qəşəng qızların hamısı nazirliklərdə katibə işləyir, geyimləri 5-10 min manatdır. Elə şeylər var ki, onunla bağlı ölçü götürülməlidir. Bu, əxlaq məsələsidir. Əxlaq olmayandan sonra varlıya, kasıba baxmır. Adamı mayası qarışıq olandan sonra belə şeylər onun üçün adidir”, – yekunlaşdırıb

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar