Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb ölkələri İranın nüvə fəaliyyəti ilə bağlı bəyanat yayıb

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın Fordo zavodundakı nüvə obyekti ilə bağlı hesabatı ilə əlaqədar olaraq, İranı beynəlxalq öhdəliklərə əməl etməyə və bu qurumla əməkdaşlıq etməyə çağıran bəyanat yayıb.

Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, İranın 60 faizə qədər yüksək zənginləşdirilmiş uran istehsal etməsi bu dövlətin Hərtərəfli Təminatlar Sazişindən (JCPOA) irəli gələn öhdəliklərinə uyğun deyil.

Bəyanatda bildirilib ki, İranın hərəkətləri bu dövlətin verdiyi açıqlamalara yox, MAQATE-nin qərəzsiz və obyektiv hesabatlarına uyğun qiymətləndirilir.

Bəyanatda vurğulanıb ki, İranın Fordo Zənginləşdirmə Zavodunda yüksək zənginləşdirilmiş uranın istehsalı ilə bağlı xəbərlər risklidir:

İranın hərəkətləri narahatlıq doğurur. Çünki bu dövlət JCPOA çərçivəsində öhdəliklərin icrasını, o cümlədən Əlavə Protokolunun icrasını dayandırıb. Ötən il İdarə Heyətinin bu məsələ ilə bağlı iki qətnamə qəbul etməsinə baxmayaraq, İran hələ də AEBA-nın suallarına cavab verməyib. Biz İranı JCPOA irəli gələn bütün hüquqi qüvvəyə malik beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”. (Report)

pia.az 


Etiket: Nüvə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar