Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qəbul və buraxılış imtahanlarının tarixləri dəyişdiriləcək? - Video

Qəbul və buraxılış imtahanlarının tarixləri dəyişdiriləcək?..

Qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçirilə biləcəyi ilə bağlı yayılan məlumatlar tələbə olmağı hədəfləyən abituriyentlərdə, eləcə də təhsil ictimaiyyətində çaşqınlığa səbəb olub. İddia edilir ki, imtahanların qrafiklərinin dəyişdirilməsi stres yaradir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bu günlərdə demişdi ki, ali məktəblərə qəbul imtahanlarının cədvəli bu il dekabrın 15-dək elan olunacaq. İmtahanların vaxtları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacaq.

PİA.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə imtahanlara hazırlaşan abituriyent Elnur Şiriyev deyir ki, hələ hazırlıq proqramını başa çatdırmayıb. Onun sözlərinə görə, buraxılış imtahanlarının vaxtının dəyişəcəyi ilə bağlı məlumatların yayılması psixoloji gərginlik yaradır.

Digər abituriyent Surac Nəcəfov da həmyaşıdı ilə eyni fikirdədir.

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, yayılan məlumatlar təhsil ictimaiyyəti arasında da çaşqınlıq yaradır.

Elşən Qafarov bildirib ki, təhsil ictimaiyyəti buraxılış imtahanlarının iyunun birinci ongünlüyündə keçirilməsini məqbul hesab edir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən isə " Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildrilib ki, imtahan tarixlərinin irəli və ya geri çəkiləcəyi ilə bağlı yayılan fikirlər doğru deyil.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə qeyd edib ki, bu ay ərzində müvafiq qrafik ictimaiyyətə təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

pia.az 


 
 


Etiket: İmtahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar