Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazinin qardaşı: “Evdəki təqvimdə ayın 9 və 10-nu qaralayıb”

“Qardaşımın ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Başımız yasa qarışdığı üçün bunu hələ tapa bilməmişəm. Həmin görüşdən sonra deyib, dizimi yerə ata, qolumu sındıra bilərlər, amma başımı aşağı əyə bilməzlər. O cümlənin altında çox sözlər var. Mənə də maraqlıdır ki, nə məsələdir?”

PİA.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında intihar edən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyib.

O, qardaşının intiharından əvvəl yayılan videosundakı sözlərinin arxasında ciddi məqamların olduğunu bildirib: “Maraqlıdır ki, qardaşım nəyə əsasən videoda elə sözlər deyir. Hər halda araşdırma aparılır. Qardaşım nə dəli idi, nə də onun psixoloji problemi var idi. İcra başçısı deyir ki, onun psixoloji problemi olub. Xeyr, elə bir şey yoxdur. Hər kəsin müharibədə iştirak etmək üçün psixoloji gücü olmur. Amma qardaşım müharibədə döyüşüb və evə qayıdıb. Son vaxtlar səhhəti ilə bağlı ciddi bir şikayəti yox idi, amma ağrıları qalmışdı. Ağrılarının olması onun psixoloji probleminin olduğu anlamına gəlmir. Qardaşım Maştağadakı xəstəxanada yatmışdı və ondan sonra pensiyaya çıxmışdı. Ona əsasən də dərmanlar atır və müalicə alırdı”.

E.Cəfərov qardaşının ölümündə pərdəarxası məqamların olduğunu dilə gətirib:

“Qardaşım ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Ölümündən əvvəl dedi ki, əlimi-qolumu sındırdılar. O cümlənin altında çox sözlər var. Maddiyyat, dolanışıq məsələsinə qalsa, müharibəyə getməzdən əvvəl nə ilə dolanırdı? Şükür Allaha, çörəyimiz də, suyumuz da var. Özü pensiya alırdı, mən də kömək edirdim. Dövlətdən də heç bir incikliyi olmayıb. Bir müddət əvvəl “TikTok”da video paylaşmışdı. Orda deyirdi ki, müharibə başlasa, yenidən xidmətə yollanaram. Deyirdi ki, 19-20 yaşında olanları çağırmayın, bizi çağırın gedək. Mən Avropa, Dünya çempionuyam. Biz Vətənimizə, dövlətimizə, Prezidentimizə, millətimizə, bayrağımıza sadiq insanlarıq. Sadəcə ayın 9-da görünür, çox şey olub. Qardaşım evdə asılan təqvimdə ayın 9-10-nu qaralayıb. Deməli, qardaşım 9-u kiminləsə görüşüb, məsələ olub və ayın 10-u gedib bunu edib. Burada müəmma var. O həmişə məni eşidirdi. Yalnız mənim sözümə qulaq asırdı. Əgər kimsə qardaşımın yanında məni yığıb desəydi ki, telefonda qardaşın səni gözləyir, o, özünə heç nə etməzdi. Təəssüf ki, mənə zəng etməyiblər”.

E.Cəfərov bildirib ki, intihardan əvvəl çəkilən videonu qardaşının qazi dostları çəkib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar