Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazilərə 40 manat qıymırlar, deputatlar nə önəmli insan olublar ki?” - Hafiz Hacıyev

“44 günlük müharibədə canını qoyub qazi adı alan insanlara 40-50 manat pul qıymırlarsa, deputatların maaşı niyə artmalıdır ki?”.

Bunu Milli Məclisin deputatlarının maaşlarının artması ilə bağlı məsələyə münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. O, millət vəkillərinin insanları qıcıq etdiyini deyib: “Deputatlar qazilərdən daha önəmlidir? Onların hamısının xaricdə, eləcə də ölkədə varidatları var. Xalqın qayğısına qalmaq lazımdır. Müəllimlərin, həkimlərin əməkhaqları artırılmalıdır. Ölkədə işsizlik baş alıb gedir. Pensiyanı 5-10 manat artırmaqla vəziyyəti düzəltmək olmur, qiymətlər günü-gündən qalxır. Milli Məclisin xalqdan xəbəri olmadığı üçün belə yollara əl atır. Bu cür addımların atılması ilə millətin hissiyatı ilə oynayırlar, xalqı qıcıqlandırırlar. Bu qərarın axırı yaxşı olmayacaq”.

Partiya sədri millət vəkillərinin bizneslə məşğul olduğunu qeyd edib: “Prezident də məmurları, dövlət işçilərini həmişə xalqla birlikdə olmağa, xalqa xidmətə çağırır. Lakin bu insanlar xalqa xidmət yox, xəyanət edirlər. Deputatların hamısı əsasən öz maraqlarına uyğun təkliflər səsləndirirlər. Onların hərəsinin ayrıca olaraq fabriki, xaricdə obyekti var. Bir deputat texnika biznesi ilə məşğuldur, biri də dərman biznesi ilə məşğuldur. Ona görə də camaatın maddi vəziyyəti onlara maraqlı deyil”.

Qeyd edək ki, "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliklər Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. (Sfera.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar