Qazaxıstanda hakim “Nur Otan” partiyası növbədənkənar qurultay keçirməyə hazırlaşır.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə partiya sədrinin birinci müavini Bauırjan Baybek açıqlama verib.
Məlumata görə, qurultayda “Nur Otan” partiyasına sədrliyin eks-prezident Nursultan Nazarbayevdən hazırkı Prezident Kasım-Jomart Tokayevə keçməsi gözlənilir.
pia.az