Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazax” Xeyriyyə Ictimai Birliyi üzvləri Mərkəzi Hərbi Klinik Hospitalda yaralıları ziyarət ediblər

Tarixi qələbədə iştirak edən yaralı hərbçilər Azərbaycan Respublikasına xidmət etməkdən şərəf və qürur duyduqlarını fəxrlə dilə gətiriblər...

Qazax” Xeyriyyə Ictimai Birliyi İdarə Heyətinin üzvləri Mərkəzi Hərbi Klinik Hospitalda yaralıları ziyarət ediblər

Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini Puşkin Əhmədov, İctimai Birliyin üzvü həkim Yusif Rəhimov Ağstafa rayonundan gələn rəsmi nümayəndələrlə birlikdə Mərkəzi Hərbi Klinik Hospitalda QazaxAğstafa rayonlarından olan yaralı hərbçiləri ziyarət ediblər.

Sentyabr ayının 20-də “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri QazaxAğstafa rayonlarından olan Şəhidlərin yas mərasimində iştirak etdilər. Bu səbəbdən İlham Pirməmmədov “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini Puşkin Əhmədova və İctimai Birliyin üzvü Yusif Rəhimova Mərkəzi Hərbi Klinik Hospitalda QazaxAğstafa rayonlarından olan yaralı hərbçiləri ziyarət etməyi tapşırıq verdi.

İlham Pirməmmədov Ağstafa rayonundan gələn rəsmi nümayəndə Əziz Məsmalıyevlə telefon əlaqəsi saxladı. “Qazax” Xeyriyyə İctimai Birliyinin rəsmi nümayəndələri Ağstafa rayonundan gələn rəsmi nümayəndələrlə birlikdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, KəlbəcərLaçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində 12-13 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən yaralanmış AğstafaQazax rayonlarından olan Azərbaycan Ordusunun hərbi qulluqçularını ziyarət ediblər.
Sentyabr ayının 20-də müalicə aldıqları Mərkəzi Hərbi Klinik Hospitalda ziyarət olunan yaralı hərbçilər – Qazax Rayonu Yuxarı Salahlı kənd sakini Mustafayev İsgəndər Osman oğlu, Qazax rayonu Abbasbəyli kənd sakini Quluyev Ülvi Babək oğlu, Qazax rayonu Qazaxbəyli kənd sakini Binnətov Elsevər Emin oğlu, Ağstafa rayonu Xətai kənd sakini Əsgərov Qara Yaşar oğlu, Ağstafa rayonu Xılxına kənd sakini Rəhimov Ülvi Elşən oğlu, Ağstafa rayonu Dağ Kəsəmən kənd sakini Əsgərov Fərid Mehman oğlu, Ağstafa şəhər sakini Tanrıverdiyev Kənan Süleyman oğlu Ali Baş Komandan İlham Əliyevin ətrafında Dəmir Yumruq kimi birləşərək, hər an döyüş əmrinə hazır olduqlarını qürurla söylədilər. Tarixi qələbədə iştirak edən yaralı hərbçilər Azərbaycan Respublikasına xidmət etməkdən şərəf və qürur duyduqlarını fəxrlə dilə gətirdilər.

Görüşdə“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Puşkin Əhmədov, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, həkim Yusif Rəhimov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Hüquq şöbəsi”nin müdiri Qaib Hadıyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev iştirak etdilər.
Görüş zamanı Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşanılan sevinc hisslərindən danışılıb.

Daha sonra yaralı hərbiçilərimizin problemləri və onları narahat edən məsələlər dinlənilib.

Sonda yaralı hərbçilərimiz dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün yaralı hərbçilərə şəfa versin.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar