Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazax RİH-də növbəti vətəndaş qəbulu olub

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğı hər bir dövlət məmuruna örnək olmaqla bərabər, həm də ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir

Ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri də bu məqsədə xidmət edir.

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədi daşıyır. Bu həftə ərzində müraciət etmiş daha 17 nəfər vətəndaşın istəyi fevralın 3-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşlara layiqli xidmət göstərmək, vətəndaş məmnunluğunu təmin etməkdir. Ən əsası da dövlət məmuru olaraq çalışmalıyıq ki, bunu öz əməli işlərimizdə göstərək”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Sonra Qazax şəhər sakinləri Namazova Ruqiyyə İbrahim qızının, Adamov Akif Hətəm oğlunun, Həsənov Asif Söyün oğlunun, Rəsulov Eldar Tapdıq oğlunun, Daş Salahlı kənd sakini Məmmədəliyev Rövşən Əsgər oğlunun, Kəmərli kənd sakini Hüseynov Məhəmməd Qurban oğlunun, Hüseynbəyli kənd sakini Abdullayev Cəfər Telman oğlunun, Birinci Şıxlı kənd sakinləri Hüseynov Ramin Sədi oğlunun, Nəsibova Ramidə Osman qızının, Məmmədova Şəkibə Məti qızının, Quşçu Ayrım kənd sakini İsmayılov Musa İsa oğlunun, Çaylı kənd sakini Xəlilova Solmaz Yaqub qızının, Canalı kənd sakini Müzəffərov Ceyhun Habil oğlunun, Qızıl Hacılı kənd sakini Əsgərova Şüküfə İsgəndər qızının, Kosalar kənd sakini Ocaqquliyeva Gülnarə Ələkbər qızının, Qarapapaq kənd sakini Xasməmmədov Feruz Mübariz oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib.

Qazax şəhər sakini Yusubov Əziz Teymur oğlu isə həyat yoldaşı Yusubova Sevil Seroj qızı ilə birlikdə övladlarına bir qazi kimi göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Rayonda şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların həyətyanı torpaq sahəsi ilə təmin edilməsində, oğluna əlillik dərəcəsinin təyin edilməsində köməklik göstərilməsi barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

pia.az 


Etiket: Qəbul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar