Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarpızı çox yeməyin zərərləri

Qarpızı həddindən artıq yemək mədə-bağırsaq traktında və maddələr mübadiləsində problemlərə səbəb ola bilər.

PİA.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamentinin nümayəndəsi Viktoriya Yeqorova məlumat verib.

Onun sözlərinə görə, qarpız yüksək qlisemik indeksə malikdir, bu səbəbdən gündə 500 qramdan çox yemək olmaz.

Həkim həmçinin mədə-bağırsaq traktının xəstəlikləri, böyrək daşları olduqda, şəkərli diabet və fərdi dözümsüzlük zamanı qarpızın qida rasionuna ümumiyyətlə daxil edilməməsi və ya ehtiyatla istifadəsi barədə xəbərdarlıq edib.

"Bundan başqa, qarpızı bir yaşa qədər körpəyə vermək tövsiyə edilmir, üç yaşa qədər uşaqlara isə ehtiyatla -gündə 50-80 qramdan çox olmamaq şərtilə vermək olar", - deyə Yeqorova əlavə edib.

Mütəxəssis qeyd edib ki, qarpız qəlyanaltı və ya desert ola bilər, ancaq sidikqovucu təsirə malik olduğu üçün gecələr istehlak etmək məsləhət deyil.

Bununla belə qeyd edək ki, qarpızın faydalı xüsusiyyətləri də az deyil.

"A", "C", "B" vitaminləri, maqnezium, beta-karotinlərlə zəngin qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir, yüksək qan təzyiqini aşağı salır.

Bundan başqa bu giləmeyvə osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi simptomlarını zəiflədir. Həkim qarpızdan gün ərzində qeyd olunan miqdarı nəzərə alaraq istifadə edilməsini məsləhət görür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar