Cümə axşamı, 01 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarın ağrısı ilə gələn xəstədən 35 kq kütlə çıxarıldı

Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya gələn qadının qarnından 35 kq kütlə çıxarılıb...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Tekirdağ şəhərində qatroenterologiya mütəxəssisi Dr. İhsan Gündüz və cərrahi onkologiya mütəxəssisi Dr. Yüksel Beyazın 2 saat davam edən əməliyyatı ilə qarnındakı şişə görə xəstəxanaya müraciət edən 40 yaşlı qadın xəstənin qarnından 35 kiloqramlıq kütlə çıxarılıb. Əməliyyatı həyata keçirən İhsan Gündüz ilk dəfədir ki, belə böyük bir kütlə ilə qarşılaşdığını deyib.

“Xəstə gələndə çəkisi 110 kilodan çox idi, indi 70 kiloya yaxındır”

Dr. İhsan Gündüz xəstənin uzun müddət qarnında şişkinlik olduğunu və xəstəxanaya gec müraciət etdiyini bildirib. Dr. Gündüz:

“Bizi şoka salacaq dərəcədə böyük bir kütlə ilə qarşılaşdıq. Qarın boşluğunda, demək olar ki, hər orqana toxunan və qaynağı dəqiq bilinməyən böyük bir kütlə idi. Lazımi əməliyyatı etdik. Xəstə gələndə çəkisi 110 kiloqram idi. İndi isə təxminən 70 kiloqramdır. Ondan çox böyük yük götürüldü. Bu, xəstənin yerişinə, oynaqlarına, nəfəs almasına, hətta ürək funksiyalarına təsir edəcək bir kütlə idi”.

Dr. Yüksel Beyaz isə: “15 ildir cərraham, ilk dəfədir ki, belə bir kütlə görürəm. Türkiyədə belə böyük bir kütlənin çıxarıldığını görməmişdim. Dünyanın ən böyük kütləsi ola bilər. Xəstə çox yaxşı şəkildə əməliyyat edildi. Açığı, bizi bir az çətinə saldı. Amma xəstənin yaxşılaşmasına sevindik. Əməliyyatdan sonra xəstə də təəccübləndi. Nəfəs ala bilməyən xəstə, əməliyyatdan sonra rahat nəfəs almağa və yeriməyə başladı”, deyə qeyd edib.

Qeyd edək ki, xəstənin qarnından çıxarılan kütlənin müayinəsi davam edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədov: "Vasif Talıbov həbs olunmalı, hər şeyi əlindən alınmalıdır" - Video

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

"Ehtiyatlı, diqqətli olun!" - iranlı deputat Bakını hədələdi

Bu qidaları yeyən oğlanlar qız kimi olur - Siyahı

Bu qidaları yeyən oğlanlar qız kimi olur - Siyahı

Polis Elza Seyidcahanın maşınını əlindən aldı

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - Foto

Qarabağa qanunsuz buraxılan xaricilər kimdir? - Sülhməramlılardan daha bir özbaşınalıq

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Ən çox oxunanalar