Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaraheybət” şəhidi Elmir Həsənovun atası: “Oğlum 7 medalla təltif edilmişdi”

Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğraması nəticəsində şəhid olanlardan da biri mayor Həsənov Elmir Mircəlil oğludur.

"Report"un Muğan bürosunun əməkdaşı şəhidin ata ocağında, Cəlilabad rayonunun Göytəpə şəhərində olub.

Əməkdaşımız şəhidin yaxınları ilə görüşüb və onun haqqında xatirələri dinləyib.

Şəhidin atası Mircəlil Həsənovun sözlərinə görə, onun hər üç oğlu hərbçidir. Elmir Həsənovun qardaşları da xidmətlərini Dövlət Sərhəd Xidmətində davam etdirirlər. Onlar 44 günlük Vətən Müharibəsində də yaxından iştirak ediblər və Prezident İlham Əliyev tərəfindən təltif olunublar.

"Elmir ikinci oğlumdur. İki övladı yadigar qalıb. Onun ən böyük arzusu onları böyüdüb boya-başa çatdırmaq idi. Onun bu arzusunu biz həyata keçirəcəyik.

Elmir çox bacarıqlı idi. Orta məktəbdə də ən savadlı, bilikli olub. Ailəyə çox bağlı övlad idi", - Mircəlil Həsənov bildirib.

O, vurğulayıb ki, Elmir Həsənov 7 medalla təltif edilib, onlardan 2-sini Vətən müharibəsində fərqləndiyinə görə alıb.

Qeyd edək ki, Elmir Həsənov 15 dekabr 1988-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. 1995-ci ildə Göytəpə şəhər 1 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. Məktəbi bitirdikdən sonra o zamankı Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına qəbul olub. Sonra aviasiya üzrə ali təhsil alıb və 2015 -ci ildən bu sahədə xidmətə başlayıb.

Şəhid mayor dekabrın 1-də, həlak olduğu hərbçilərlə bir yerdə dəfn edilib.

Allah rəhmət eləsin!

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar