Bazar ertəsi, 27 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Qarabağdakı 18-20 minə qədər ermənini ayağa qaldırmaq istəyirlər” - Politoloq 

“Separatçılar bütün qırmızı cizgiləri keçirlər, sülhməramlılar isə...”

Qabil Hüseynli: “Rusiyanın müəyyən dairələrində bu torpaqları özlərinin nüfuz dairəsinə daxil etmək istəyi var”

“Bütün addımlar Türkiyə ilə razılaşdırıldıqdan sonra atılmalıdır”

Dünyanın diqqəti Şərqi Avropada hərbi-siyasi vəziyyətin kəskinləşməsinə fokuslandığı bir dövrdə Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazisindəki separatçılar sistemli şəkildə vəziyyəti gərginləşdirməkdə davam edir. Erməni separatçıları bir neçə gün əvvəl Azərbaycanın yük avtomobillərini sülhməramlılarla birlikdə yoxlamağa cəhd ediblər, daha sonra Azərbaycana aid avtomobil kolonunun qarşısı kəsilib və geri qaytarılıb. Bununla yanaşı, mütəmadi olaraq Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bir çox mütəxəssislər hesab edirlər ki, separatçıların təxribatçı hərəkətləri artıq sistemli hal aldığından Bakı sərt reaksiya verməli və onları yerində oturtmalıdır.

“AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib:

- Qabil müəllim, son günlər Qarabağın rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərindəki separatçıların təxribatları çoxalıb. Bu fəallaşmanı nə ilə əlaqələndirmək olar?

- Separatçılar artıq bütün “qırmızı gizgilər”i keçirlər. 10 noyabr 2020-ci ildə bağlanan üçtərəfli sazişin bütün müddüəalarını pozmaqda və onu heçə saymaqdadırlar. Guya yeni “konstitusiya layihəsi” üzərində işləyirlər, yeni “prezident” və “parlament” seçkiləri keçirmək istəyirlər, nə qədər qəribə olsa da, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Hadrutu, Goranboy rayonunun Gülüstan qəsəbəsini, Şuşanı tələb edirlər. Heç bir əndazəyə sığmayan hikkəli, ədalı çağırışlar eşidirik. Əlbəttə, mənim qənaətimcə, bunlar Azərbaycanı təbdən çıxarmaq üçün edilən hərəkətlərdir və sözsüz ki, Azərbaycanla yeni qarşıdurma istəyən qüvvələrin təhrikidir. Belə şəraitdə ortam gərginləşmiş kimi görünür, Azərbaycan tərəfi də bu istiqamətdə müəyyən hazırlıqlarını aparır.

Diqqət çəkən məqam odur ki, bu hallar Araik Arutunyanın Moskvaya səfərindən sonra xüsusi vüsət alıb. Azərbaycan onu qırmızı bülletenlə axtarışa verdiyini, onunla bağlı istintaqın bitdiyini açıqladıqdan sonra bu məsələlər kulminasiya nöqtəsinə çatıb. Ənənəvi olaraq, Kəlbəcərə inşaat materialları aparan kolonumuz öyrədilmiş ermənilər tərəfindən dayandırıldı. Sülhməramlılar da ora gələrək bir neçə söz deməklə işlərini bitmiş hesab etdilər. Normalda onlar yolu kəsən ermənilərə təzyiq etməli idilər, etmədilər, yolu açmalı olduqları halda açmadılar. General rütbəsində biri gələrək ümumi sözlərdən, qardaşlıqdan , sovet dövründə birgə yaşayışdan dəm vuraraq işini bitmiş hesab etdi. Belə görünür ki, Moskvanın yerlərdəki sülhməramlı adlandırılan silahlı qüvvələri öz missiyasını yerinə yetirə bilmir. Üstəlik də kənardan müəyyən qüvvələr orada sayı cəmi 18-20 minə qədər olan ermənini təhrik etmək, ayağa qaldırmaq istəyirlər ki, onların da içərisində separatçıların sayı 500-600 nəfər ola, ya olmaya. Onlar Azərbaycana meydan oxuyan mövqe sərgiləyirlər. Mənə görə bu, başdan-ayağa avntüradır və regionda prosesləri pozmağa hesablanıb. Görünür, kimlərsə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasının qarşısını almaq, bölgədə yeni qarşıdurma yaratmaq və vəziyyətdən yararlanaraq özünün geostrateji maraqlarını gerçəkləşdirmək istəyirlər. Havadan barıt iyi gəlir desək, məncə, yanılmarıq.

- Prosesə diqqətlə baxdıqda görürük ki, separatçıların fəallaşması Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə ilə əlaqələri bərpa etməyə və Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğuna dair bəyanatlarından sonra baş verdi. Bundan sonra həm də İrəvanda revanşist qüvvələrin fəallaşması və Azərbaycan sərhədlərinin atəşə tutulması artdı. Sizcə, bütün bunlar eyni mərkəzdən idarə olunmurmu?

- Gəlin açıq danışaq, bunların hamısı bir mərkəzdən -Moskvanın müəyyən dairələri tərəfindən idarə edilir. Bu hərəkətlərin bir qismi Paşinyan və komandasına qarşı, digər qismi də Azərbaycana və dövlətimizn həmin ərazilər üzərindəki suverenliyinə qarşı yönəldilib. Çox təhlükəli oyunlar oynayır, gedişlər etməyə çalışırlar. Məsələn, Robert Koçaryan Rusiya Müdafiə Nazirliyinin əks-kəşfiyyatı ilə daim əməkdaşlıq edən şəxsidr. İrəvanda Koçaryanla bağlı məhkəmə prosesi gedir. Onun təxminən 12 il müddətinə həbs cəzasına məhkum ediləcəyinin gözlənildiyi bir vaxtda revanşist çağırışlarla çıxış etməsi göstərir ki, Moskvadan yeni təlimatlar alıb və onları icra etməyə çalışır. Paşinyan komandasından bir deputat Koçaryana kəsərli cavab verərək deyib ki, kimlərsə bu ölkədə 10 il prezident olmuş bu şəxsin guya protest elektoratı ayağa qaldıracağını zənn edirsə, yanılır və daha heç kim Koçaryanın arxasınca getməyəcək. Əlavə edir ki, Ermənistanın gələcəyi Azərbaycanla sülh bağlamaqdan və Türkiyə ilə əlaqələrin bərpasından asılıdır. Bu, ayıq-sayıq açıqlama və sağlam düşüncədir.

- Proseslərin maksimum gərginləşmə istiqaətində inkişaf etdiyini nəzərə alsaq Azərbaycanın hansı addımları atmasını vacib sayırsınız, çünki bəzi ekspertlər hesab edirlər ki, Qarabağdakı ermənilərin təxrubatlarına anında və daha sərt reaksiya göstərilməlidir...

- Qeyd edim ki, bu saat Rusiya “gözü ayağının altını görməyən” bir vəziyyətdədir. Ukrayna ilə bağlı hadisələr də bunu göstərir. Əlbəttə, hansısa tədbirlər görülməlidir. Amma Rusiyanın bu anında ona soyuq ağılla, təmkinlə məsələləri anlatmaq lazımdır. Qətiyyən bu mərhələdə Rusiya ilə qarşıdurmaya getməyin tərəfdarı deyiləm. Bunun üçün məqamın yetişdiyini də deyə bilmərəm. Üstəlik addımlarımızın hamısı qardaş Türkiyə ilə razılaşdırıldıqdan sonra atılmalıdır. Amma baş verənlər həddindən artıq təxribatçı xarakter daşıyır. Azərbaycan sözsüz ki, əllərini yanına salıb durmur, tədbirlər görür. Məsələn, xüsusi qüvvələr bu bölgəyə yerləşdirilib, ən yeni texnika ilə təmin olunan Milli Ordunun birləşmələri oraya yerəşib. Eləcə də Sərhəd Qoşunlarının xüsusi qüvvələri əraziyə yerləşdirilib.

Əslində, həmin bölgə Azərbaycan Ordusunun müxtəlif birlikləri tərəfindən üzük qaşı kimi mühasirəyə alınıb. Amma bu, hələ o demək deyil ki, atəş əmri veriləcək. Mənim ehtimalına görə, ilk öncə qlobal xarakterli geosiyasi və geostrateji məsələləri götür-qoy edilməli, hər şeyin danışıqlar masası arxasında həll edilməsinə cəhd olunmalıdır. Onsuz da Putinin nəzarətindən çıxan müəyyən dairələr bölgəni qarışdırmaq istəyirlər. Bizə qarşı avantürist-təhrikçi ünsürləri işə salıblar. Bu baxımdan biz yüz ölçüb, bir biçməliyik. İndi riskə getməyin vaxtı deyil. Mənə belə gəlir ki, dişimizi sıxıb müəyyən proseslərin, məsələn, Ukrayna-Rusiya prosesinin başa çatmasını gözləməli, xüsusilə, bu proseslərdə Türkiyənin hansı mövqedən çıxış edəcəyinə baxmalıyıq.

Bundan sonra zənnimcə, elə etmək lazımdır ki, sülhyaratma prosesinə də ziyan gəlməsin. Əgər Ermənistanda revanşist biri hakimiyyətdə olsaydı, deyərdim ki, günü bu gün addım atmaq lazımdır. Bu işin bir tərəfi də Ermənistanda Paşinyan hakimiyyətinə qarşı çevirilirsə, deməli bir çox amil və nüansları nəzərə almaq lazımdır. Bu saat başı qarışan və başqa duyğularla yaşayan Kreml elitası ilə hələ danışıqlar aparmğın zamanı olmadığını söyləyə bilərəm.

- Yaxın dövr üçün proqnozlarınız necədir, Qarabağın dağlıq hissəsində nələr baş verə bilər?

- Zənnimcə, Qarabağda vəziyyət zahirən mürəkkəb görünsə də, onun daxilində elə bir potensial yoxdur. Lap Rusiya sülhməramlıları 18-20 min ermənini qızışdırsın. Tutaq ki, burada “artsax” adlandırılan separatçı qurumun 2-3 min qüvvəsi, eləcə də Ermənistan ordusunun ərazidə qalan tör-töküntüləri olsun. Onların ortaya elə bir müqavimət, güc qoya bilməsi mümkünsüzdür. Separatçılar elan edirlər ki, yayda hansısa tədbirlərə başlayıb “artsaxın ərazilərini azad edəcəklər”. Başdan-ayağa gülməli və səfeh iddialardır. Görünən odur ki, buynuzlarını çobanın çomağına sürtürlər və unudurlar ki, bu hərəkətləri davamlı olsa, başları əldən gedəcək. Əgər bu gün onlara Ermənistanda hərbi yardım, siyasi dəstək olsaydı düşünərdik ki, proses daha geniş məna kəsb edir və ona müdaxilə etmək vacibdir. Amma mənim zənnimcə, Paşinyan hökuməti Qarabağdakı separatçıların fəaliyyətinə elə də müdaxilə etmir, bir növ onları özbaşına buraxıb. Bu saat proseslərin yüyəni Rusiya sülhməramlılarının və Moskvadakı müəyyən dairələrin əlindədir. Bu dalğada da sülhməramlılarla erməni qızlarının saxta nigah bağlaması və ya onların evləndirilməsi ideyasının otaya atılması, Qarabağda Rusiya paspotlarının paylanması haqda çağırışlar və digər hallar göstərir ki, burada təkcə separatçılar deyil, Rusiyanın müəyyən dairələri də fəaldırlar. Üstəlik, bu torpaqları özlərinin nüfuz dairəsinə daxil etmək istəyi var. Amma bu, onların gözündə qalacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İntihara cəhd edən direktorun məktəb macərası: Dubayda olan müəllim Gəncədə necə dərs deyir?

Hafiz Hacıyev: "Gülər xanım idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir"

Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq

Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı 

Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib - Yenilənib

Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Yenilənib

Ukrayna ordusu Donbasda uğur qazandı: Rusiya hərbçiləri geri çəkildi

İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”

İlham Əliyev Laçında “Həkəriçay” su anbarı layihəsi ilə tanış olub

Azərbaycanda ilk: Hava yastığı üzərində hərəkət edən yükdaşıyan barj tikildi - Video

Dövlət başçısı Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoyub

Ən çox oxunanalar