Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilib

Azərbaycanda işğaldan azad olunmuş ərazilərə dair ilkin planlaşdırma işlərinə artıq başlanılıb və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilib.

Bu barədə PİA.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Böyük Bəhmənli – Füzuli – Hadrut-Şuşa, Azad Qaraqoyunlu - Ağdam, Horadiz - Cəbrayıl - ZəngilanQubadlı - Laçın, Goranboy - Kəlbəcər istiqamətində kəmərlərin çəkilməsi planlaşdırılır. Təbii ki, bu qaz kəmərləri bölgədəki yeni sosial-iqtisadi hədəflərə görə nəzərdə tutulur. Həmçinin azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrin inkişaf imkanları araşdırılır.

Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtlərdəndir. Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsinin müəyyən çətinlik yaradacağı şəksizdir.

Lakin "Azəriqaz” İB son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını təmin edə bilir. Hesablamalara görə azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 milyon kubmetrədək olacağı proqnozlaşdırılır.

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamına əsasən Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyalarının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstəyin göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılıb. 2020-ci il dekabr ayında Energetika Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin enerji təminatı məsələlərinin həllində zəruri koordinasiyanın təmin edilməsi məqsədilə İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” işçi qrupunun yaradılması və “Yaşıl enerji zonası” konsepsiyasının yaradılması təklifi irəli sürülüb. Hazırda işçi qrupun və konsepsiyanın yaradılması üzrə müvafiq tədbirlər görülür.

Həmçinin, 6 rayonda (Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, LaçınKəlbəcər) Günəş Elektrik Stansiyalarının (GES) tikintisi üçün ümumi sahəsi 14 427 ha və güc qoyuluşu potensialı 7 214 MVt olan 8 perspektiv ərazi müəyyən edilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilib. Bu hesablamalar ərazilərin prioritetləşdirilməsindən və seçilməsindən sonra ilkin TİƏ-lərin hazırlanmasında istifadə ediləcək. Müəyyən edilmiş ərazilərdə torpaqların gələcəkdə kənd təsərrüfatı məqsədləri üçün istifadə perspektivlərini nəzərə alaraq, ilkin qiymətləndirmələr bu ərazilərin günəş enerji potensialının 4 000 MVt-dan artıq olmasını bildirir.

LaçınKəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. İlkin olaraq Laçın rayonunun ərazisində sahələri 8 048 ha və 4 297 ha olan 2 ərazi, Kəlbəcər rayonu ərazisində sahəsi 5 324 ha olan 1 ərazi seçilib. Bu ərazilərdə külək enerji stansiyalarının tikintisi üçün infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir. İlkin enerji istehsalı proqnozu da tərtib edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar