Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda təbii qaza olacaq illik tələbatın həcmi açıqlanıb

Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 mln. kubmetr civarında olacağı proqnozlaşdırılır.

Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə dair ilkin planlaşdırma işlərinə artıq başlanılmış və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilmişdir. Belə ki, Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azad Qaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər istiqamətində kəmərlərin çəkilməsi planlaşdırılır.

Məlumata görə, bu qaz kəmərləri bölgədəki yeni sosial-iqtisadi hədəflərə görə nəzərdə tutulur. Həmçinin azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrin inkişaf imkanları araşdırılır. Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtlərdəndir. Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsinin müəyyən çətinlik yaradacağı şəksizdir.

"Lakin "Azəriqaz” İB son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını təmin edə bilir. Hesablamalara görə azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 mln. kubmetrədək olacağı proqnozlaşdırılıb", - nazirlikdən bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar