Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi keçiriləcək

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

PİA.az-ın xəbərinə görə, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Nadir Şəfiyevin AzTV əməkdaşını şantaj edən oğluna 7 il həbs verildi

Ən çox oxunanalar