Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda aparılan monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub

“30 il ərzində Azərbaycan ekologiya ilə bağlı üzv olduğu komissiyanın üzvlərinə Qarabağdakı ekoloji vəziyyətlə bağlı müraciət edilsə də, heç bir nəticə əldə edilməyib”.

PİA.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

O xatırladıb ki, işğal dövründə Azərbaycanın 100 min ha ərazisi yanğına məruz qalıb: “Yanğın nəticəsində orada olan bitki, fauna və flora tamamilə məhv olub. Həmin ərazilərdə təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik. Orada monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub. Bununla bağlı cinayət işi açılacaq. Ermənistan törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquqi müstəvidə cavab verməli olacaq”.

Nazir müavini qeyd edib ki, işğaldan azad olunan ərazilərdə çoxlu işlər görülməlidir, amma ermənilərin basdırdıqları minalar buna imkan vermir, ərazi çox təhlükəlidir: “Böyük qayıdışın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsidir. Əsas hədəflərdən biri ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsidir”.

F.Əliyev həmçinin əlavə edib ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Azərbaycana böyük dəstəyi ilə Cəbrayıla dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur: “Eyni zamanda regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub. Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq. Yaz əkin mövsümünə Zəngilandan başlamışıq. Payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar