Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ müharibəsi “Bayraktar”ların müştərisini artırdı

Fransanın nüfuzlu “France Press” agentliyi Qarabağ, Suriya və Liviya müharibələrindən sonra Türkiyənin “Bayraktar TB2” pilotsuz döyüş aparatlarının müştərilərinin sürətlə artdığını yazır. Agentlik qeyd edir ki, həmin pilotsuz döyüş aparatları Suriya, Liviya və Azərbaycanda son zamanlar önəmli hərbi nailiyyətlərə imza atıb. Və Türkiyənin istehsalı olan pilotsuz sistemlərə marağı artırıb.

Agentlik qeyd edir ki, pilotsuz döyüş təyyarələri Türkiyənin hərbi gücünə əlavə olaraq ölkənin xarici siyasət maraqlarının həyata keçirilməsi üçün effektiv təsir vasitəsinə çevrilib. “Bayraktar”ların son münaqişələrdə effektiv tətbiqindən sonra Türkiyə bu PUA-ları geniş miqyasda başqa ölkələrə ixrac etməyi planlaşdırır.

 Türkiyənin Müdafiə Sənayesi Agentliyinin rəhbəri İsmail Demir agentliyə verdiyi açıqlamada deyib: “Keyfiyyət-qiymət əlaqəsi baxımından biz bu sahədə dünyada liderik. Dünyada bir çox pilotsuz təyyarə istehsalçıları var, amma qiymətini və texniki göstəricilərini müqayisə edəndə ortada böyük fərqlər yaranır. Bizim PUA-ların özəlliklərinə sahib olan və digər ölkələrdə istehsal olunan PUA-ların qiyməti az qala iki dəfə bahadır”.

 Agentlik qeyd edir ki, Türkiyə döyüş pilotsuz təyyarələrini 2016-cı ildən bəri PKK-ya qarşı mübarizədə tətbiq edir. “Bayraktar”lar isə indiyədək Qətər, Ukrayna və Azərbaycana satılıb.

İsmail Demir deyib ki, bir çox Yaxın Şərq, hətta Avropa ölkələri Türkiyənin pilotsuz təyyarələri ilə yaxından maraqlanır və öz nümayəndələrini danışıqlar aparmaq üçün göndərirlər. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar