Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanunsuz qum hasilatı ilə bağlı cinayət işləri açılıb

Son dövrlər baş verən ekoloji pozuntular sırasında getdikcə daha böyük narahatlığa səbəb olan qanunsuz qum-çınqıl hasilatıdır.

Bu barədə PİA.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumata görə, bu təbii sərvətin məsuliyyətsiz və vicdansız istifadəsi nəticəsində ərazinin ekosistemi dəyişməklə yanaşı, təbiətə bərpa olunmayan zərər dəyir. Prokurorluq orqanları tərəfindən ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı kompleks tədbirlər davam etdirilir.

Aparılan kompleks tədbirlərin davamı kimi, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında AbşeronHacıqabul rayonlarının ərazisində qanunsuz qum hasilatı aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları ilə bağlı araşdırmalar aparılıb.

Müəyyən olunub ki, Abşeron rayonu 1 nömrəli Hövsan Südçülük sovxozunun ərazisində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tutulmaqla, həmçinin Hacıqabul rayonunda yerləşən “Qalmaz” adlı ərazidə dövlətə məxsus torpaq sahəsində on minlərlə kub metr həcmində qumun qanunsuz hasilatı aparılıb.

Ümumilikdə iki milyon manatdan çox ziyanın dəyməsi ilə nəticələnmiş faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 255.2-ci (255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün daxili işlər orqanlarına göndərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar