Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qalmaqallı direktor məhkəmədə uduzdu: Müəllimə əsassız töhmət verib - Foto

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Xəyalə Əhmədova ilə direktor Nərmin Qaralova arasındakı məhkəmə çəkişməsi sona çatıb.

Bu barədə Bakupost.az-a danışan Xəyalə Əhmədova bildirib ki, ona töhmət verdiyi üçün kollecin direktorunu məhkəməyə verib:

“Biz 63 nəfər direktorun özbaşınalığına, müəllimlərlə ziyalı kimi yox, bazar adamı kimi danışmasına, kollecimizdə tədris prosesinin bərbad vəziyyətə salmasına görə Prezidentə müraciət ünvanlamışdıq. Məktub Qaralovaya çatandan sonra bizim qara günlərimiz başladı, bizi təhqir etməyə, hədə-qorxu gəlməyə başladı. Öz aralarında istintaq qrupu yaratdılar və bir-bir müəllimləri çağırıb, məktubu niyə yazdığımızı soruşurdular.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanın adına bir qrup müəllimlərdən izahat aldılar. Mən də dedim ki, biz şikayət vermişiksə, haradan dəvət edərlər gedib orada izahatımızı verərik. Siz niyə bizdən izahat alırsınız? Ondan sonra 3 nəfərə şiddətli, mənə də adi töhmət verildi.
Mən də bu töhmətin əsassız verilməsilə bağlı məhkəməyə müraciət etdim”.

Binəqədi Rayon Məhkəməsində işə baxıldıqdan sonra direktorun töhmətlə bağlı əmri ləğv edilib.

Qeyd edək ki, keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olan Nərmin Qaralova bir müddət əvvəl 67 müəllimin işdən çıxarılması barədə qərar qəbul edib. Onlara bildirilib ki, ya bir illik müqaviləyə qol çəksinlər, ya da işə buraxılmayacaqlar. Bundan narazı qalan müəllimlər isə ondan şikayət ediblər. Sonradan bəzi müəllimlər direktorun təkliflə razılaşmağa məcbur olublar. Digər müəllimlər isə işdə adı getsə də auditoriyaya buraxılmır.

Müəllimlərin bütün aidiyyəti qurumlara ünvanladıqları müraciətləri hələlik cavabsız qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar