Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: “Rusiya sülhməramlıları artıq Azərbaycanın suverenliyini heçə endirən bir amilə çevrilib” - Müsahibə

Politoloq: “Rusiya bilməlidir ki, artıq Cənubi Qafqazda hegemon qüvvə deyil. Cənubi Qafqazda hegemon qüvvə Türkiyədir və bundan sonra da belə olacaq”.

“Nəyə görə mən Tərtər rayonundan Kəlbəcər rayonuna getmək üçün mütləq Rusiya sülhməramlılarının icazəsini almalıyam və onların maşınından istifadə etməliyəm?”.

Xəbər verdiyimiz kimi Rusiya XİN-i Qarabağ məsələsində Türkiyə ilə birgə razılığa gəldikləri haqqında məlumat yayıblar. Məlumat deyilir ki, Ankara və Moskva Qarabağdakı vəziyyəti müzakirə edib, atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib və Cənubi Qafqazda kommunikasiyanın bərpası işlərinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Rusiya XİN-in yaydığı bu açıqlamanı və Qarabağ ətrafında baş verənləri PİA.az-ın əməkdaşı Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Rusiya nə qədər desə də ki, hər şey yaxşıdır, bilin ki, yaxşı deyil. Mən bu məsələlərin Rusiyanın iddia etdiyi kimi yaxşı olmasını istərdim, amma yaxşı olan məsələlər yavaş-yavaş əyilməyə başlayıb”.

PİA.az politoloq Qabil Hüseynli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Qabil müəllim, Bayden-Ərdoğan görüşündən öncə Rusiya XİN-in belə bir məlumatın yayması Rusiyanın Cənubi Qafqazla bağlı ABŞ-a mesajı ola bilərmi?

- İşlər belə getməməlidir axı... Bəli, Rusiya Qərbin Cənubi Qafqaza gəlməsini və burada möhkəmlənməsini istəmir. Rusiya heç Türkiyənin də bölgədə möhkəmlənməsini istəmir. Amma çox şükürlər olsun ki, Türkiyə artıq bölgədə möhkəmlənib. Görünür ABŞ-ın boş-boş danışan prezidenti Cənubi Qafqazda Qərbin adından da hər şeyi mərd və cəsur Ərdoğan həll edəcək. Bununla da Putinin etmək istədikləri nələrsə, boşa çıxacaq. Çünki hiylə ilə Ermənistanda seçkidə qalib gələn adam mütləq qarşı tərəfin müqaviməti ilə rastlaşacaq. Köçəryan seçkinin qalibi elan olunarsa belə, hakimiyyəti əlində qoruyub saxlaması uzun çəkməyəcək. Əgər haqqı tapdanan tərəf Paşinyan olacaqsa, Paşinyan bütün Ermənistanı saxta yolla seçilmiş adamın əleyhinə səfərbər edə biləcək. Bundan sonra da Ermənistanda ciddi qarşıdurmaların şahidi olacağıq. Bunun da günahının böyük hissəsi Rusiya siyasi xadimlərinin üzərinə düşəcək.

Düşünürəm ki, Bayden, Makron Rusiya ilə bağlı o qədər də yetişmiş, püxtələşmiş fikirlərə malik deyillər. Onların Cənubi Qafqazla bağlı konsepsiyaları da yoxdur. Buna görə də Cənubi Qafqaz məsələlərində gah irəli addım atırlar, gah da geri çəkilirlər. Bu üzdən də onların siyasətinin Cənubi Qafqazda uğur qazanacağına inanmıram.

Rusiya isə vəziyyəti daha doğru dəyərləndirir və Putin-Bayden və Ərdoğan-Bayden görüşmələri öncəsi Qərbə və Vaşinqtona açıq mesaj verir ki, Moskva Cənubi Qafqaqzda Ankara tərəfdaşdır və bu tərəfdaşlıq inkişaf etdiriləcək.

- Sizcə Rusiya sona qədər Azərbaycan-Ermənistan münaqişəsində nisbətən tərəfsiz olmaqda davam edəcək?

- Rusiyanın bölgədə etdikləri ilə dedikləri üst-üstə düşmür. Rusiya sülhməramlıları onların üstünə düşən və əsasnamə ilə müəyyən edilmiş məsələlərdən çox kənara çıxırlar. Rusiya sülhməramlıları artıq Azərbaycanın suverenliyini heçə endirən bir amilə çevrilib.

Nəyə görə mən Tərtər rayonundan Kəlbəcər rayonuna getmək üçün mütləq Rusiya sülhməramlılarının icazəsini almalıyam və onların maşınından istifadə etməliyəm? Artıq Rusiya sülhməramlılarının təhlükəsizliyi təmin etmək işi az qala hakimiyyət strukturlarının işinə bənzəməyə başlayıb. Onlar ölkəmizin müəyyən hissəsində hakimiyyət funksiyasını yerinə yetirirlər.

Qabil Hüseynli: “Rusiya Ermənistadakı seçkilərin bütün iplərini əlinə yığıb. Orada seçkilərin saxtalaşdırıkacağı, seçkilərə hiylə qatılacağı, seçkinin beynəlxalq standartlara uyğun keçirilməyəcəyinin ilk əlamətləri özünü göstərməkdədir”.

Ona görə də mən hesab etmirəm ki, Rusiya Azərbaycan-Ermənistan münaqişəsində tərəfsiz, ya da sizin dediyiniz kimi, nisbətən tərəfsizdavranır. Rusiya maksimum imkanları daxilində Ermənistanın müttəfiqi kimi davranır, lakin Azərbaycandakı mövqelərini itirməmək üçün özünü nisbətən tərəfsiz kimi gözə soxmağa çalışır. Lakin biz bilirik ki, bu belə deyil. Bilirik ki, Rusiyanın hazırda əsas missiyası separatçı qurumun varlığını qorumaqdır. Bunu da edirlər.

Ağdamda olan Monitorinq qrupu yalnız baş verən prosesləri müxtəlif texniki cihazlar vasitəsilə izləyir və müəyyən qənaətə gəlir. Rusiya nə qədər desə də ki, hər şey yaxşıdır, bilin ki, yaxşı deyil. Mən bu məsələlərin Rusiyanın iddia etdiyi kimi yaxşı olmasını istərdim, amma yaxşı olan məsələlər yavaş-yavaş əyilməyə başlayıb.

- Qabil müəllim, Ermənistanda gedən gərgin seçki prosesini barədə nə düşünürsünüz? Sizcə Rusiya Ermənistanda keçiriləcək seçkiyə müdaxilə edəcək?

- Rusiyanın bu seçkiyə müdaxilə etməsi ifadəsi doğru deyil. Çünki Rusiya Ermənistanda keçiriləcək seçkilərə tam nəzarət edir və bu seçkinin içindədir. Sanki Rusiya Ermənistadakı seçkilərin bütün iplərini əlinə yığıb. Orada seçkilərin saxtalaşdırıkacağı, seçkilərə hiylə qatılacağı, seçkinin beynəlxalq standartlara uyğun keçirilməyəcəyinin ilk əlamətləri özünü göstərməkdədir.

Axı Rusiya prezidenti nəyə görə həbsxanada yatmalı olan, əli qana bulaşmış bir insanın prezidentliyə zorla namizəd göstərilməsini təhdidlə tələb edir və buna da nail olmağa çalışır? Seçkilərə az qalmış Putin Köçəryanla uzun-uzadı telefonla danışaraq Ermənistan seçicilərinə mesaj verir ki, biz onu müdafiə edirik. Bu mesaj həm də erməni seçicilərə onu deyir ki, siz bir dəfə mənim istəyimə zidd olaraq seçim etdiniz və nəticəsini də gördünüz, bu dəfə doğru seçim etməzsəniz sizi daha ağır günlər gözləyir.

Açıq danışmaq lazımdır ki, Ermənistanın müstəqilliyindən əsər-əlamət qalmayıb. Ermənistan Rusiyanın bir quberniyasına çevrilib. Orada olan Rusiya sülhməramlıları, eləcə də Rusiyanın bazasında olan zabitlər, yüksək çinli şəxslər Ermənistan ərazisində demək olar ki, istədiklərini edirlər.

Qabil Hüseynli: “Bu gün Ermənistan cəmiyyəti mənəvi cəhətdən tükəndiyi kimi, eyni zamanda da siyasi uçurumun dibinə yuvarlanıb və bu uçurumdan Ermənistanı nə Rusiya, nə də Qərb çıxara biləcək. Əksinə hər ikisi uçurumu daha da dərinləşdirəcək”.

Qeyd edim ki, Paşinyanın Fransaya son səfəri və orada Rusiya əleyhinə bir neçə kəlmə söz səsləndirməsi elə bil bardağı daşıran son damla oldu. Bunun ardınca Putinin dəstəyi ilə başı boş, amma başının ətrafında kriminal elementlər toplanma Robert Köçəryan Yerevanın küçələrində və bir neçə yerlərdə meydan sulamağa başladı.

- Ermənistanı da Ukraynanın taleyini gözlədiyini demək olar? Yəni Rusiyaya qarşı olanlarla Rusiya tərəfdarları arasında böyük qarşıdurmaya ehtimal verirsinizmi?

- Bəli, Ukraynada olan proseslərin eynisi də Ermənistanda olacaq. Yəni vəd verib qızışdırıb, püskürdüb ortaya atıb sonra da geriyə çəkiləcəklər. Seçkidən sonra Ermənisrtandakı Rusiyapərəstlərlə Qərbpərəstlər arasında uçurum daha da dərinləşəcək. Bəlkə də bu qarşıdurma vətəndaş müharibəsinə qədər inkişaf etsin. Yəni bu istisna olunmur. Çünki bu gün Ermənistan cəmiyyəti mənəvi cəhətdən tükəndiyi kimi, eyni zamanda da siyasi uçurumun dibinə yuvarlanıb və bu uçurumdan Ermənistanı nə Rusiya, nə də Qərb çıxara biləcək. Əksinə hər ikisi uçurumu daha da dərinləşdirəcək.

Adi bir misal deyim. ABŞ-ın Əfqanıstanda nə işi vardı ki, indi də oradan ordusunu çıxarır. Bu ölkə 50-ildən çoxdur ki, böyük güclərin müharibə meydanına çevrilib. Lakin buna baxmayaraq nə ABŞ,nə də Rusiya Əfqanıstanda uğurlu ola bilmədi. Vaşinqtondan sual olunmalıdır ki, niyə ordunu Əfqanıstana aparmışdın və niyə Talibanın axırına çıxa bilmədiniz? Yenə də Taliban Əfqanıstanda təhlükəli bir yuxuya çevrilib.

Eyni şeyləri də Cənubi Qafqaz haqqında demək olar. Rusiya Cənubi Qafqazla məsələlərdə Qərbə güzəştə getmək istəmir. Amma Rusiya bir məsələdə yanılır. Rusiya bilməlidir ki, artıq Cənubi Qafqazda hegemon qüvvə deyil. Cənubi Qafqazda hegemon qüvvə Türkiyədir və bundan sonra da belə olacaq.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar