Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə Baydenin debatı: Kim, kimə nə dedi?

Rusiyanın nüfuzlu nəşri iki dünya liderinin gözlənilən debatını səhnələşdirdi
Bütün dünya mətbuatı onlardan yazır-ABŞ prezidenti Co Baydendən və Rusiya prezidenti Vladmir Putindən. Məlumdur ki, Bayden Rusiya prezidenti Vladimir Putini “qatil” adlandırdıqdan sonra iki ölkə arasında gərginlik son dərəcə artıb. Rusiya Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün artıq Moskvaya çağırıb.

Rusiya prezidenti Vladimir Putin isə Baydenə sağlamlıq arzulayaraq bunları deyib: “Mən ona deyərdim, sağlam olun! Mən ona sağlamlıq arzulayıram. Bunu ironiyasız, zarafat olmadan deyirəm. Uşaq vaxtı, biz həyətdə bir-birimizlə mübahisə edən zaman deyirdik: kim deyirsə, o özdür".

Putin həftəsonu Sibirə dincəlməyə gedərkən amerikalı həmkarını müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib və bunun RusiyaABŞ xalqları üçün maraqlı olacağını bildirib. “Ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək, bu da onlayn adlanır. Hər hansı ləngimə olmadan, ancaq birbaşa canlı müzakirə. Mənə elə gəlir ki, bu, Rusiya xalqı, ABŞ xalqı və bir çox digər ölkələr üçün də maraqlı olacaq”, - deyə Putin bildirib. Putinin bu təklifinə Bayden “vaxtı gələndə görüşərik” kimi reaksiya verib, Ağ Evdən isə prezidentin Corciya ştatına səfəri olduğunu deyiblər.

Beləliklə, dünyanın gözü və qulaqları indi iki paytaxtdan gələ biləcək “canlı efirdə müzakirəyə hazırıq” xəbərinə yönəlib. Rusiyanın nüfuzlu “Komsomolskaya pravda” qəzetinin online saytı maraqlı bir yazı hazırlayıb. Bu gözlənilən (və bəlkə də heç vaxt baş tutmayacaq) online görüşün virtual təsviridir, redaksiyanın təxəyyülünün məhsuludur. Musavat.com oxucuları üçün də maraqlı olacağından həmin virtual “görüşü” təqdim edirik.

***

Beləlikə, o vaxtı gəlir. Amerika Birləşmiş Ştatlarının prezidenti çoxsaylı fanatlarının da oturduğu məşhur Medisson Skver Qardenin zalında tribunaya qalxır. Yanında həyat yoldaşı, digər tərəfində isə vitse-prezident Kamilla Harris var. Prezident hər ikisinin əlindən tutub.

Bayden əvvəl izdihamı salamlayır və hər beş saniyədə bir fərqli insanlara işarələr edir. Medisson Skver Qardenin monitorlarında nəhəng interaktiv ekranın arxasında uzun bir masa və Rusiyanın xəritəsi var. Dmitri Peskov kadrda görünür. Kağızları və qələmi olan bir qovluğu masanın üstünə qoyur. Artıq masada bitki çayı olan ağ termos da var. Təxminən 5 dəqiqə keçib, Bayden artıq əsəbləşməyə başlayıb… Budur, Putin kadrda görünür. Masadakı tək kresloda oturur. Putin iki dəfə yüngülcə öskürür.

Bayden əsəbi və gecikmədən incik şəkildə sözə başlayır:

- Salam, cənab Putin.

- Salam, cənab Bayden. Mənim adım Vladimirdir.

ABŞ prezidenti əsəbləşir:

- Yadımdadır!

Putin demək olar ki, hiss olunmayacaq dərəcədə “Allaha şükür” deyir və davam edir:

- Səhhətiniz necədir? Mənim sizə sağlamlıq haqqda arzularım çatdımı?

- O…! Təşəkkür edirəm! Yaxşıyam.

-Bəs sən necəsən?

- Dualarınızla… Jo, siz mənə "qatil" demisiniz?

- Ad çəkmədim!

- Sizdən Putini qatil hesab edib-etməməyiniz soruşuldu və razılaşdınız. Siz həqiqətən belə düşünürsünüz?

- Mmm. Bəli.

- Niyə?

- Bütün dünyada xüsusi xidmətləriniz arzu edilməyən insanları təqib edir. Onları zəhərləyirsən ... adı necədir? "No-vi-çok…”

- Allah sizi qorusun. Birincisi, burada Rusiyada dedikləri kimi, heç kim “noviçkadan” (“yeni gələn” mənasını verir-red) gələn ölməyib. İkincisi, insanları təqib edən sizin kəşfiyyatdır. Düzdür, bu işi maskalanaraq edirlər, ancaq biz kömək edə bilərik. Biz cənab Ostini dəstəkləməyə hazırıq.

- Kimdən danışırsan, Vladimir? Siz o oğlanı nəzərdə tutursunuz ... (Burada səhnənin arxasından kimsə eşidiləcək səslə deyir: “Pentaqon”) Pentaqona rəhbərlik edəni?

- Bəli, mən onun haqqında danışıram.

Vitse-prezidenti Kamilla Harris tribunaya Baydenin yanına qalxır. Liderinin əlini möhkəm və uzun müddət sıxır. Nəbzini yoxlayır…

Putin deyir:

-Salam prezident Harris, cənab Bayden sizi belə adlandırır? Sizi görməkdən məmnunam.

-Salam, cənab Putin…

Harris Baydeni mikrofondan uzaqlaşdırır və deyir:

-Bizim seçkilərimizə müdaxilə etmisiz…

- Sizə kim müdaxilə etdiyimizi söyləyib? Xüsusi prokuror Müller belə bir şey tapa bilmədi. Məruzəsində əməkdaşlıqdan bəhs edir, amma seçkiyə müdaxilədən danışmır.

- Bəli, bunu dəqiq bilirik. Yaxşı ... biz buna tam əminik. Gələcək seçkilərə də müdaxilə etmək istədiyinizi düşünürük. Niyə belə bir müdaxiləyə ehtiyacınız var?

- Yaxşı, görürəm, faktlar əvəzinə sizdə yalnız dedi-qodu var. Tamam. Bu sualı bir dəfə artıq cavablandırmışam: "Seçkiyə sizin hamınızı orada əyləndirmək üçün müdaxilə etdik".

- Tramp sənin agentindir!

Harris səsini qaldıraraq bir az irəli əyilr, Bayden isə arxadan onu çiyinlərindən tutub bir az sakitləşdirməyə çalışır.

Harris davam edir:

- Sən onunla razılaşma içində idin! Hələ 90-cı illərdə Kremlin divarları yanında qızlarla əylənirdi!

- Bayden də Moskvaya səfər edib. Yaroslavla da, hətta Leninqrada da. Düşünmürsən ki, onu mənim doğma şəhərimdə əməkdaşlığa cəlb edə bilərdim?

Bu sözlərdən sonra Harrisin sözləri boğazında donub qalır. Bir an sonra özünə gəlir və podiumdan enərək Baydenin yanından ayırılır.

Bayden yenidən sözə başlayır:

-Cənab Putin ...

Putin dəqiqləşdirir:

-Vladimir...

- Bəli, Vladimir. Suriyada azad insanlara qarşı müharbə aparırsınız.

- Jo, biz qanuni prezident Əsədin dəvəti ilə Suriyadayıq. Rus ordusu orada dünya terrorizmi ilə mübarizə aparır. Bəs siz orada nə edirsən?

- Suriyada da əsgərlərimiz bütün dünyada olduğu kimi demokratiya idealları uğrunda mübarizə aparırlar.

- Özünüzdən sonra da yanmış ərazilər qoyub gedirsiz, eləmi? Amma Rusiya olduğu yerə sülh gəlir.

- Biz insan hüquqları uğrunda mübarizə aparırıq. Bunlar bizim üçün hər şeydən üstündür.

- Buna görə hinduları da sıxışdırıdınız?

- O fərqlidir… Siz başa düşmürsüz...

- Hamımız başa düşürük. Krım baxın: Rusiya ora yüz milyardlarla pul xərcləyir. Orada yollar, elektrik stansiyaları və su anbarları tikirik. Sizin Ukraynadan olan sponsorlarınız isə Krımın su və elektrik enerjisini kəsdi. Krımdakı insanlara qarşı sanksiyalar tətbiq edirsiniz. Orada da əhalini qovmaq istəyirsən?

-ABŞ istədiyi siyasəti davam etdirəcək.

Baydenin bu sözünü arxasındakı tamaşaçılar sürəkli alqışlarla qarşılayırlar.

-Jo, bilirsən… Rusiya bir çox müharibələrdən keçib, nəticələri də hamıya məlumdur. Ancaq ən vacib nədir bilirsinizmi? Biz bu müharibələrə heç vaxt başlamamışıq. Sizə sağlamlıq arzulayıram. Ailənizə salam deyin! (musavat.com)

pia.az


Etiket: Putin Bayden

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar