Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinizm müstəmləkəçiliyin ən yüksək mərhələsidir

Putinin fəlsəfəsi belədir: tiranlığı necə dəstəkləmək və xalqların azadlığa çıxmasının və öz qərarlarını verməsinin qarşısını necə almaq olar?..

Hazım Sağıye
“Şarkul Avsat” qəzeti, 12 yanvar 2022-ci il

Artıq müstəmləkəçilik sözü dünyada ən çox Rusiyaya aid edilir. Moskvanın yürütdüyü siyasət ən primitiv mənada müstəmləkəçilikdir. Bir ölkənin azad olması və eyni zamanda, Rusiya ilə qonşu olması qadağandır. Təhlükəsizliyə sahib olmaq üçün Rusiyanın qonşusu öz suverenliyindən imtina etməli və mühüm qərarları varsa, o qəararlarbağlı son söxü öz milli parlamentinə deyil, Moskvaya buraxmalıdır. Ona görə də, sözügedən dövlətin Rusiya ilə qonşu olması, xalqının iradəsinə hörmət edən, ona görə hərəkət edən demokratik dövlət olması mümkün deyil.

Gəlin bir nəzərdən keçirək ki, qonşu dövlətlər Rusiyanın “qohumlara yaxşılıq etmək daha yaxşıdır!”, prinsipini həyata keçirməsi səbəbindən nəyə çevrilib və nə çevrilməyə davam edir.

Gürcüstanın NATO girişimi və aldığı qadağa

Rusiyanın qərb sərhədlərində demokratiya qorxusu olan üç ölkə yerləşir: Cənubda Gürcüstan, şimalda Belarus və aralarında Ukrayna.

2008-ci ildə Rusiya 4 milyon əhalisi olan Gürcüstana qarşı müharibə aparıldı və bu müharibə 21-ci əsrin “Avropa müharibələri”nin başlanğıcı oldu. Müharibə üçün bəhanə kimi Moskvanın xeyrinə casusluqda ittiham olunan 4 rusiyalının Gürcüstandan qovulması göstərilib. Moskva Abxaziya və Cənubi Osetiyadakı separatçı hərəkatlardan da istifadə edərək Gürcüstanın hakimiyyətinə və qərarına təzyiq göstərib. Lakin münaqişənin və müharibənin əsas səbəbi iki müddətə (2004-2013) seçilən prezident Mixail Saakaşvilinin NATO-ya üzv olmaq istəyi olub. Ölkələrinin beşdə biri hələ də işğal altında olan gürcülərə bu tələb indi də qadağan edilib.

45 milyon əhalisi var

Ukrayna 2014-cü ildə Rusiyanın hərbi təcavüzünə məruz qalıb. Moskvanın Ukraynaya qarşı hərbi müdaxilə bəhanəsi Krımın və Donbasın bir hissəsinin yekun statusunu müəyyən etmək olub və bu ərazilər beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınıb. Ruslar Krımı güc yolu ilə ilhaq etdilər, sonra isə rus azlığı vasitəsilə Donbası Ukraynadan ayırdılar. Müharibənin əsas səbəbi keçmişdə moskvayönlü diktator Viktor Yanukoviçi (hazırda Rusiyada qaçqın həyatı yaşayan) devirən Ukrayna inqilabını cavabsız qoymamaq idi.

Ukrayna əhalisinin əksəriyyəti azad və ədalətli yolla seçdikləri nümayəndələri vasitəsilə NATO-ya üzv olmağa can atır. Bu yaxınlarda on minlərlə rus qoşunu Ukrayna sərhəddinə cəmləşib ki, bu da bu günkü dünyamızın ən böyük böhranlardan birinə səbəb ola bilər.

Belarusun “daha ​​çox hörmət” gözləyən “Avropanın sonuncu diktatoru”

10 milyonluq Belarusa gəlincə, 2020-ci ildə Aleksandr Lukaşenko altıncı dəfə prezident seçildikdən sonra xalq üsyanı olub. Əvvəllər sovet sərhədçi zabiti olan Lukaşenko fəxrlə özünü “Avropanın sonuncu diktatoru” adlandırır. Dünyanın yarısı, o cümlədən bütün demokratik ölkələr onun prezidentliyini tanımır, bəziləri isə seçkiləri saxtalaşdırdığına görə Belarusa qarşı sanksiya tətbiq edir. Lukaşenkonun hakimiyyətinin legitimliyini tanıyan ölkələr arasında Rusiya, Çin, İran, Suriya, Kuba və Venesuela var.

Xalq üsyanından əvvəl Lukaşenkonun Vladimir Putinlə münasibətləri pisləşmişdi, çünki o, Putindən “daha ​​çox hörmət” gözləyirdi. Üsyan münasibətləri yenidən formalaşdırdı, qarşıdurmanı, şübhələri və qüsurları aradan qaldırdı. Lukaşenkonun yeganə qayğısı “hörmət” sahibi olmaq yox, hakimiyyətini saxlamaq idi. Putin üçünsə daha çox xərc çəkmədən Belarusu əldə saxlamaq vacib idi. Moskva dərhal Lukaşenkonu maliyyə və hərbi yardımla xilas etdi. Hərbi qüvvələr ümumi sərhəddə toplandı və zavod və fabriklərdə tətil edən işçilər rus işçiləri ilə əvəz olundu.

Tiranlığı necə dəstəkləmək

Qərb sərhədlərinin həssaslığı isə digər sərhədlərin həssaslığını aradan qaldırmır. Nəhayət, Rusiyanın cənub-şərq sərhəddində yerləşən Mərkəzi Asiyanın ən böyük ölkəsi olan Qazaxıstan (20 milyon əhalisi var) fəallaşdı. Yanacağın bahalaşması hadisələri alovlandırsa da, tez bir zamanda siyasiləşərək avtoritet və despotizm problemini gündəmə gətirdi. Çünki Sovet dövründə Kommunist Partiyasının başçısı olaraq Qazaxıstanın faktiki lideri olan, 1990-cı ildə müstəqillik əldə etdikdən sonra hakimiyyətini davam etdirən Nursultan Nazarbayev 2019-cu ildə istefa verərkən Qasım Comərd Tokayevi bir vitrin prezidenti kimi yerinə təyin etmişdi. Tokayev, həmçinin Rusiya və Belarusdan hadisələr başlayan kimi qoşunlarını “sabitləşməyə” kömək üçün Qazaxıstana göndərməyi tələb edib.

Beləliklə, Putinin fəlsəfəsi belədir: tiranlığı necə dəstəkləmək və xalqların azadlığa çıxmasının və öz qərarlarını verməsinin qarşısını necə almaq olar? Bu ölkələri demokratiya və tərəqqidən ayıran məsafəni necə genişləndirmək olar?..

Səbəb təhlükəsizlik vəsvəsəsi və Putinlə dirilmədən əvvəl çarizm və kommunist dövrlərində də görülən xroniki “mühasirə” qorxusudur. Hər üç dövr öz ölkələrinin real şəraitinə və əsaslarına malik olmayan missiyaları özlərinə həvalə etdi və bu, başqalarını irəliləməkdən və demokratikləşmədən saxlayan dəlilik və böyüklük yalanına çevrildi. Putin rus keçmişini və istər kapitalist, istərsə də kommunist kimi hər bir rus dövrünü müdafiə edərək bizi dəfələrlə təəccübləndirir. Onun üçün sonda vacib olan aşağıdakı məsələnin davamıdır: dəstəksiz güc və başqalarının dayanmadan zəifləməsi.

Sovet dövründə Rusiya ərəbləri İsrailə qarşı dəstəklədiyi zaman belə idi və bu gün də Putinin dövründə Suriyada onları öldürərkən və İsraillə bəzi vəzifələri bölüşərkən belədir.

Ancaq ərəblərin Rusiyaya qarşı həssaslığının olmaması və onu sadiq bir dost kimi görməyə hazır olması olduqca qəribədir. Bu təəccüb ancaq ABŞ və Qərb düşmənliyinin bir dinə çevrildiyi, hərbi rejimlərimiz üçün faydalı olan bu saxta dinə yatırım etməsi ilə açıqlana bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar