Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin təltif etdiyi şəxslərdən biri Brilliant Dadaşovanın həyat yoldaşıdır - Dosye

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.

Rusiya liderinin Fərmanına əsasən "Puşkin” medalı ilə təltif olunmuş Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın əridir.

Hacıyev Ədalət Qasım oğlu 1959-cu il iyun ayının 29-da Bakı şəhərində anadan olub.

O, 1981-ci ildə D.Büyatzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Komsomolu Mərkəzi Komitəsində başlayan Ə.Hacıyev, 1989-cu ildən bu günə kimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında işləyir.

1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır.

O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Ə.Hacıyev çalışdığı kollektivin nüfuzunu qazanmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ə.Hacıyev 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Xatırladaq ki, Putin həmçinin teatrın baş rejissoru Aleksandr Şarovski "Dostluq” ordeni ilə mükafatlandırıb. (olkə.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar