Çərşənbə axşamı, 31 Yanvar 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin strategiyası işləmədi və işləməyəcək – Blinken

ABŞ-ın Dövlət Katibi müharibədəki yeni strategiyasını şərh edib və bu strategiyanın niyə işləməyəcəyini izah edib…

Rusiya diktatoru Vladimir Putinin qoşunları qlobal enerji və ərzaq xərclərini artırmaq üçün Ukraynanın mülki və enerji infrastrukturuna hücum edir, sonra isə ukraynalıları dəstəkləyən ölkələrin koalisiyasını parçalamağa çalışır”.

PİA.az CNN-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın Dövlət Katibi Entoni Blinken çıxış edib.

“Ukrayna döyüş meydanında uğur qazanmağa davam edərkən, prezident Putin qəzəbini və atəşini Ukraynanın mülki əhalisinə yönəldib”, deyə Entoni Blinken bildirib.

ABŞ-ın Dövlət Katibi qeyd edib ki, son bir neçə həftə ərzində Rusiya Ukraynanın enerji sisteminin üçdə birindən çoxunu sıradan çıxarlb və milyonlarla ukraynalını qaranlıqda və soyuqda yaşamağa məcbur edib.

“Uşaqlar, qocalar, xəstələr üçün istilik, su, işıq lazımdır. Çox təəssüf ki, Putinin də hədəfində bu kritik infrastrukturlar var. O, bu infrastrukturlara ağır zərbələr endirir. Ukrayna xalqı ilə bi şəkildə məzələnmək vəhşilikdir”, deyə dövlət katibi qeyd edib.

Blinken əlavə edib ki, mülki infrastrukturlara hücum etməkdə Putinin məqsədi ukraynalıları dondurmaq və ac qoymaq, onları evlərini tərk etməyə məcbur etmək, bütün dünyada enerji və ərzaq xərclərini artırmaq, sonra isə Ukraynaya dəstək verən dövlətlərin koalisiyasını parçalamağa çalışmaqdır. Bu hazırda Putinin müharibədə əsas planının bir hissəsidir.

"Prezident Putin hesab edir ki, xərcləri kifayət qədər artıra bilsə, dünya Ukraynadan üz döndərəcək, onları taleyin ümidinə buraxacaq. Onun bu strategiyası nəticə verməyib və verməyəcək də”, deyə ABŞ-ın Dövlət Katibi vurğulayıb.

Blinkenin sözlərinə görə, müttəfiqlər üçün Ukraynanı müdafiə etmək ağır qiymətə başa gəlir, lakin Ukrayna müharibəsinə seyrçi qalmağn dəyəri daha yüksək olacaq.

Dövlət katibi Rusiyanın Ukraynadakı müharibəsini tamamilə dayandırmaq üçün diplomatiyaya ehtiyac olacağını da qeyd edib, lakin əlavə edib ki, “Rusiyanın Ukrayna vətəndaşlarına qarşı vəhşicəsinə hücumları prezident Putinin hazırda bimənalı olaraq diplomatiyaya maraq göstərmədiyinin son nümayişidir”.

O, vurğulayıb ki, real diplomatiyanın ən yaxşı yolu Ukraynanı dəstəkləməyə davam etmək və döyüş meydanınında Kiyevin qələbəsini təmin etməkdi. Bu, Ukraynanın danışıqlar masasında son nəticədə güclü mövqeyə malik olmasını təmin edəcək.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri bu günlərdə bəyan edib ki, Rusiya hərbçiləri Ukraynada yerüstü hədəflərə, ilk növbədə enerji infrastrukturuna zərbələri artıracaq.

Öz növbəsində ABŞ yaxın günlərdə enerji infrastrukturunun bərpası üçün Ukraynaya yardımın ilk partiyasını verməyi planlaşdırır.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestdə keçirilən sammitində üzv ölkələr Ukraynaya hərbi yardımı gücləndirmək barədə razılığa gəliblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib

Öpüş səhnəsi ilə gündəm olan aktrisa danışdı

İranın zərbələr qarşısında acizliyi... - Tehranın Hava Hücumundan Müdafiə Sistemi yararsızdır?

Xalq artisti: “Oğlumu snayperlə vuran şəxs fars nümayəndəsi olub” - Video

Nazirlik daha bir ofis icarəyə götürdü - Bu dəfə 1 milyon manata...

İnstitut direktoru Sialə Rüstəmovanın qlamur həyatı - Brend şubalar, obyektlər...

İranlılara şəhidimizin tabutunu daşımağa icazə verilmədi - Video

Qırılma nöqtəsi - Azərbaycan diplomatik korpusunun İranı tamamilə tərk etməsi hansı anlama gəlir...

Pakistanda məsciddə partlayışda 61 nəfər ölüb, 150 nəfər yaralanıb -  Yenilənib

“SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat: Saxlanılanlar var - Yenilənib

Netanyahu: “Çoxları İranın əsl üzünü gördü”

Ən çox oxunanalar