Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin sönükdən sönük qələbə paradı və Baydenin “sillə” kimi “lend-liz”i…

Putinin bütün dünyaya gövdə göstərməsi zərurətinin ortada olması halında, gözləntilərin əksinə olaraq, paradın ötən illərə nisbətən soyuq və çox sönük keçirilməsinin hansı səbələri var?..

Hərbi ekspert: “Deyə bilərəm ki, dünənki parad Ukraynada gedən müharibə fonunda rus xalqında ruh düşkünlüyünə səbəb oldu”.

“Qələbə paradının bu qədər sönük keçirilməsi Rusiya ictimaiyyəti tərəfindən də mənfi qarşılanıb və rus auditoriyasını paradın səviyyəsi qane etmədi. Bu rusların sosial şəbəkələrdə parada göstərdikləri reaksiyada da özünü göstərdi”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Ukraynadakı müharibə fonunda dünən faşizm üzərində qələbə münasibəti ilə Moskvada keçirilən hərbi paradı və Baydenin imzaladığı “lend-liz” qanununu PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiya bir çox şəhərlərdə fazşizm üzərində qələbə münasibəti ilə parad keçirildi. Bundan əvvəl isə bütün dünyada Putinin paraddakı çıxışı maraqla gözlənilirdi və güman olunurdu ki, Rusiya prezidenti paraddakı çıxışında müharibənin daha da genişlənməsi ilə bağlı açıqlamalar verəcək. Lakin bu baş vermədi. Ümumiyyətlə Ukrayna ilə müharibə fonunda dünən keçirilən paradı və Putinin çıxışını necə dəyərləndirmək olar? Rus xalqının daha çox ruhyüksəkliyinə ehtiyacı olduğu, eyni zamanda Putinin bütün dünyaya gövdə göstərməsi zərurətinin ortada olması halında, gözləntilərin əksinə olaraq, paradın ötən illərə nisbətən soyuq və çox sönük keçirilməsinin hansı sbəbələri var?

Qeyd edək ki, dünən həmçinin ABŞ prezidenti Co Bayden Ukraynaya geniş planda hərbi və iqtisadi yardımım göstərilməsi ilə bağlı “lend-liz” qanununu imzaladı. Qanunun məhz Rusiyanın faşizm üzərində qələbənin 77 illiyini qeyd elədiyi 9 maya təsadüf etməsi də diqqət çəkici oldu. Bəzi müşahidəçilərə görə isə “lend-liz” qanununun məhz dünən, rusların alman faşizmi üzərində qələbəni qeyd elədiyi güm imzalanması, əslində Baydenin Putinə vurduğu sillə idi.

PİA.az-ın əməkdaşı dünən Qızıl Meydanda keçirilən paradı və Baydenin imzaladığı “lend-liz” qanununu hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edib.

Ədalət Verdiyev: “Peskovun hava şərəiti ilə bağlı hərbi təyyarələrin paradda iştirak etməyəcəyi ilə bağlı verdiyi açıqlama tamamilə əsasız idi və məncə məntiqsiz, talesiz açıqlama idi”.

“Ümumilikdə əvvəlki illərlə müqayisədə dünən Qızıl Meydanda keçirilən parad çox natamam idi. Özünü qlobal güc kimi təqdim edən Rusiya kimi dövlətin qələbə paradında Hərbi Hava qüvvələrinin iştirak etməməsi heç də birmənalı qarşılanmadı. Onu da qeyd edim ki, qələbə paradının bu qədər sönük keçirilməsi Rusiya ictimaiyyəti tərəfindən də mənfi qarşılanıb və rus auditoriyasını paradın səviyyəsi qane etmədi. Bu rusların sosial şəbəkələrdə parada göstərdikləri reaksiyada da özünü göstərdi.

Digər tərəfdən isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun parad öncəsində Rusiya hərbi aviasiyasının havaya qalxmaması ilə bağlı verdiyi açıqlama da tamamilə məntiqsiz və məncə talesiz açıqlama idi. Peskovun hava şərəiti ilə bağlı hərbi təyyarələrin paradda iştirak etməyəcəyi ilə bağlı verdiyi açıqlama tamamilə əsasız idi və mən dünən öz səhifəmdə də qeyd elədim ki, Moskvada müsbət 8 dərəcə tempratur vardı, hava isə buludsuz, dumansız və yağmursuz, təmiz və şəffaf hava şəraiti vardı. Yəni əslində dünən Moskvada Qızıl Meydanın üzərindən təyyarələrin keçməsi üçün ideal bir hava şəraiti vardı. Halbuki bundan əvvəlki paradlarda Rusiya höküməti Moskva üzərində olan buludları dağıtmaq üçün milyonlarla vəsait sərf eləmişdi.

Başqa bir diqqət çəkən məsələlərdən biri də o idi ki, dünənki paradda biz heç bir yeni texnikanın nümayiş olunmasını müşahidə etmədik. Nümayiş olunan texnikalar keçən il nümayiş olunan texnikalar idi və maraqlıdır ki, ötən il və ondan əvvəlki illərdə nümayiş olunan yeni texnikaların, xüsusən “Armada” tanklarının və digər silahların Ukraynada tətbiqini görmədik. Belə çıxır ki, nümayiş olunan silahlar əslində istifadəyə yararlı deyil.

Ədalət Verdiyev: “Putinin çıxışı onu göstərir ki, Rusiya rəhbərliyi informasiya müharibəsi fonunda belə uğursuzluğu etiraf edir”.

Ona görə də hesab edirəm ki, dünən keçirilən parad rus xalqında xüsusi bir ruh yüksəkliyi yaratmadı. Bu parad xalq tərəfindən də çoşqu ilə qarşılanmadı və hətta mən sosial şəbəkələrdəki reaksiyalara görə deyə bilərəm ki, dünənki parad Ukraynada gedən müharibə fonunda rus xalqında ruh düşkünlüyünə səbəb oldu.

Parada çıxarılan şəxsi heyətin böyük əksəriyyəti isə hərbi məktəblərin kursantlarından ibarət idi ki, bu da diqqətdən yayınmadı. Yəni Rusiyanın tanınan elit hərbi hissələri paradda iştirak etmirdi. Bu da onu göstərdi ki, Rusiya ordusunun elit hissələri Ukraynada müharibəyə cəlb olunub və onların uğurlu əməliyyatlarından da bu gün biz danışa bilmərik. Hər halda Putin öz çıxışında rus ordusunun Ukraynada əldə etdiyi heç bir uğuru qeyd eləmədi. Putinin çıxışı onu göstərir ki, Rusiya rəhbərliyi informasiya müharibəsi fonunda belə uğursuzluğu etiraf edir.

Putinin paradda çıxışına gəlincə isə, Qərb mətbuatının Rusiya prezidentinin paraddakı çıxışında ümumi səfərbəlik edəcəyi ilə bağlı verdikləri proqnozlar da özünü doğrultmadı. Əslində müharibənin elan olunması ilə bağlı bir ehtiyac da yox idi. Onsuz da müharibə gedir və Rusiya bu müharibəyə bütün resurslarını cəlb edib. Səfərbərliklə bağlı gözləntilərə gəlincə isə deməliyəm ki, təkcə insanları səfərbər edib müharibəyə yollamaqla məsələ bitmir. Bu şəxsi heyət səfərbər edilib müharibəyə yollanıldığı zaman onlara silah-sursat, texnika verilməlidi, həmin şəxsi heyətin ərzaq və yatacaqla təmin olunması öz həllini tapmalıdır. Məsələ heç də insanları aparıb atəş altına atmaq deyil axı.

Ədalət Verdiyev: “Putin əslində öz çıxışında Ukraynada baş verənlərlə bağlı nala-mıxa çox vurdu və çıxışında heç bir ümidverici notlar yox idi”.

Rusiya bu gün ümumi səfərbərlik elan edə bilmir. Çünki yeni hərbi birləşmələrin yaradılması ilə bağlı ciddi problemlər var. Bu problemlərə təminat məsələsi daxil olduğu kimi, yeni qrplaşmaların silah-sursatla da təmin edilməsi vacibdir. Məsələ ondadır ki, Rusiyanın artıq yeni texnika və silah-sursat istehsal etmək imkanları yoxdur. Buna səbəb isə sanksiyalardır.

Rusiya silah və texkika istehsalı üçün bir çox komponentləri Qərbdən aldığı üçün indi həmin istehsal sahələri dayanıb, ya da dayanmaq üzrədir. Axı ruslar əliyalın şəkildə özgə torpaqlarında savaşa bilməz və buna da hazır deyillər. Ona görə də Rusiya ordusunun hazırkı vəziyyəti heç də həsəd aparılacaq vəziyyətdə deyil.

Putinin çıxışında da daxili narahatçılıq hiss olunurdu. Putin əslində öz çıxışında Ukraynada baş verənlərlə bağlı nala-mıxa çox vurdu və çıxışında heç bir ümidverici notlar yox idi. Əslində Putinin dünənki çıxışında yeni heç bir şey yox idi və dünən səsləndirdiyi tezisləri Rusiya prezidenti dəfələrlə səsləndirmişdi.

 

Putinin çıxışında xalqa ümidverici heç bir şey yox idi və müharibədəki heç bir qələbədən də danışmadı. 75 gün keçməsinə baxmayaraq hər tərəfdən, dənizdən və qurudan mühasirəyə alınan Mariopolda heç bir uğur qazana bilmir. Rusiya ordusunun elit hissələri Mariupolda dalana dirəniblər və çıxış yolu da tapılmır. Eyni zamanda digər cəbhələrdə də rus ordusunun uğurundan danışmaq mümkünsüzdü. Hazırda Donbasda cəmləşən 200 minlik ordu sadəcə müdafiə xarakterli mövqe döyüşləri aparır və bütün bunlar da Rusiya ictimaiyyətinə çox mənfi təsir edir. Cəbhədə baş verənlərlə bağlı onu demək olar ki, dünyanın ikinci prdusu ilə bağlı mif artıq dağılıb və bu ordunun Ukraynada məğlubiyyəti artıq zaman məsələsi olaraq görünür.

Ədalət Verdiyev: ““Lend-liz”in məhz dünən, 9 mayda imzalanması Rusiyanın və Putinin aşağılanması kimi göründü”.

Onu da qeyd edim ki, Putinin fiziki görünüşü də heç də ətrafına ürəkaçan heç bir şey vəd eləmirdi. Xüsusilə Rusiya prezidentinin tribunada otururkən dizlərinin üstünə örtük atması onun sağlamlığında ciddi problem olduğunu göstərdi və dünyaya meydan oxuyan bir liderin belə bir imicdə qələbə günündə ictimaiyyət qarşısına çıxması heç də ürəkaçan deyildi.

Dünən isə ABŞ prezidenti Co Bayden tərəfindən Ukraynaya hərtərəfli yardımla bağlı “lend-liz” qanununun imzalanması bu məğlubiyyəti ancaq sürətləndirə bilər. Bu qanununun işləməyə başlaması Ukraynanın yaxın günlərdə geniş miqyasda əks-hücuma keçə bilməsinə şərait yaradır. Yəqin ki, cəbhədə vəziyyətin dəyişməsi özünü çox gözlətməyəcək.

Onu da qeyd edim ki, “lend-liz”in məhz dünən, 9 mayda imzalanması Rusiyanın və Putinin aşağılanması kimi göründü. Məhz faşizm üzərində qələbə günüdə ABŞ-da Ukraynaya hərtərəfli yardımla bağlı qanunun qüvvəyə minməsi simvolik xarakter daşıyırdı.

Xatırladım ki, belə bir qanun ABŞ tarixində iki dəfə qəbul olunub. Birinci dəfə “lend-liz” alman faşizminə qarşı müharibədə SSRİ-yə yardım üçün qüvvəyə minmişdi və bu qanunun SSRİ-nin Almaniya üzərində qələbəsinin çox böyük rolü oldu.

Dünən Polşadakı Rusiya səfirinə qarşı həyata keçirilən aksiya isə Putin rejiminə olan münasibəti ortaya qoymaqdadır və bu tipli aksiyaların daha da artacağna ehtimal edirəm. Bu isə dünyada Rusiya diplomatiyasına, ordusuna və siyasi elitasına, həmçinin bütövlükdə rus xalqına qarşı formalaşan münasibəti ortaya qoymadadır. Yəni biz dünən Qələbə günündə dünya ictimaiyyətinin Rusiyaya qarşı bəslədiyi münasibəti Polşa misalında gördük. Bu isə onu deməyə əsas verir ki, gələcək siyasi-ictimai proseslər heç də Rusiyanın xeyrinə olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar