Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

Rusiya Prezidenti Vladimir Putin ölkəsini “dəmir əl”lə idarə edir. Misal üçün, Krım məhz Putinin istəyi və əmri əsasında Ukraynadan qoparıldı, Rusiyanın başqa rəsmisi ona demədi ki, bunu etmək olmaz, qardaş dövlət, o cümlədən Qərblə üz-üzə qalacağıq. Putin dedi, əmr yerinə yetirildi. Eyni sözləri Qarabağ üçün də şamil etmək olar”.

PİA.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Vladimir Putin müharibə günlərində Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında vasitəçi olmasaydı, Azərbaycan Ordusu Şuşadan sonra Xankəndiyə enəcəkdi, digər istiqamətlərdəki erməni separatçıları mühasirəyə düşüb məhv ediləcəkdi və bununla biz 200 illik problemdən birdəfəlik qurtulacaqdıq:

“Güzəştə getdik. İndi güzəşt növbəsi Vladimir Putinindir. Rusiya Prezidenti birincisi, Laçın dəhlizində Azərbaycan sərhədçilərinin və gömrük xidmətinin yerləşməsinə razılaşır, ikincisi, Qarabağdakı erməni separatçılarının tərk-silahını təmin edir, üçüncüsü, 4 ildən sonra rusiyalı hərbçilərin bölgəni tərk etməsinə və Xankəndi üzərində Azərbaycan bayrağının dalğalanmasına, qanunlarımızın bu bölgədə də təminatına əngəl olmur. Bu, bizim üçün ən optimal variant olardı. Ancaq bu, Rusiyanın ənənəvi siyasətinə və Putinin xarakterinə ziddir.

Buna baxmayaraq, Azərbaycan Türkiyə ilə birgə Putini reallıqları qəbul etməyə məcbur edə bilər. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir neçə gündən sonra Soçidə Vladimir Putinlə görüşəcək. Mövzular çoxdur, Qarabağla bağlı da fikir mübadiləsi olacaq. Faktiki Ermənistanla Türkiyə arasında hələlik aşağı səviyyədə dialoq başlayıb, müharibədən sonra ilk dəfə AzərbaycanErmənistan xarici işlər nazirləri də görüşüblər. Rusiyadakı siyasi və hərbi mərkəzlər İrəvanı təxribatçı mövqeyində dayanmağa sövq etməsələr, regional barış üçün fürsətlər açıla bilər. Putini inandırmaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, o cümlədən Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Rusiyanın maraqları əleyhinə deyil. 2008-ci ildə Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstandan, 2014-cü ildə Krımı və Donbasın bir hissəsini Ukraynadan qoparan Putin Azərbaycanın timsalında fərqli addım atsa, qazanar, sadəcə bu qərarı verməyə daxilən hazır olmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar