Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “qara siyahı” tutmaqda siyahı tutmaqda məqsədi nədir?

Rusiya prezidenti Vladimir Putin Moskvaya münasibətdə fərqli, yəni qeyri-dost mövqe tutan dövlətlərin siyahısını hazırlayıb”.

Novator.az-ın məlumatına görə, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrində dərc edilmiş “Rusiya ilə əbədi problemlər” başlıqlı məqalədə belə deyilir.

Məqalənin müəllifləri Tomas Quçker və Fridrix Şmidtdir. Məqalədə bildirilir ki, sözügedən siyahı həm də qeyri-dost dövlətlərin Moskvadakı diplomatik korpuslarına qarşı müxtəlif addımların atılması planından xəbər verir: “Avropa Birliyi isə Rusiyanın Qərbə qarşı bu cür təxribatlar törədəcəyi təqdirdə parçalanma ehtimalından uzaq durmaq niyyətindədir. Bəs bunun üçün Avropa Birliyi nə etməlidir?”

Məqalədə Avropa Birliyinə üzv dövlətlərin xarici işlər nazirlərinin ötən ay baş tutmuş görüşünə toxunulur. Bildirilir ki, həmin toplantıda Rusiyadan qaynaqlanan bir sıra təhlükələrdən söz açılıb: “Görüşdə Rusiyadan gözlənən növbəti təxribatlara qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair müzakirələr aparılıb”.

Aprel ayının sonlarında Vladimir Putinin imzaladığı “Xarici dövlətlərin qeyri-dost hərəkətlərinə qarşı tədbirlər görülməsi haqqında” fərmanı yada salan məqalə müəllifləri yazırlar ki, bu, əslində Moskvanın şəxsi maraqlarına və təhlükəsizliyinə hesablanmış bir gedişdir: “Moskvanın məqsədi qeyr-dost ölkələrin Rusiyadakı diplomatik nümayəndələrinin işini daha da çətinləşdirmək, ya da onların fəaliyyətini ümumiyyətlə qadağan etməkdir. Rusiya onun əleyhinə olan dövlətlərin bu ölkədə müvəqqəti məskunlaşıb əlaqələr quran nümayəndələrini, həmçinin əmək müqaviləsi şərtləri əsasında işləyən vətəndaşlarını zərbə altına qoymağa çalışır”.

Məqalədə qeyd olunur ki, hələ aprelin sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyri-dost ölkələrin rəsmi siyahısının yaxın vaxtda açıqlanacağını söyləmişdi: “Ancaq bu, baş vermədi. Rusiyanın yalnız dövlət televiziyası və digər loyal media orqanları siyahıya daxil olan bir neçə ölkənin – Ukrayna, Polşa, Çexiya və Gürcüstanın, Baltikyanı dövlətlərin, ABŞ-la Böyük Britaniyanın adları adlarını çəkdilər.

Bəs görəsən, Rusiya bir ölkəni “qeyr-dost” adlandırarkən hansı parametrlərə əsaslanır?

Əsas kimi Rusiyaya qarşı yönəlmiş ittihamlar və sanksiyalar götürülsəydi, siyahıya başqa ölkələri də əlavə etmək olardı. Deməli, Moskva üçün əsas parametr xarici aləmdə yenidən təhdid mənzərəsi yaratmaq və Avropa Birliyi ilə NATO-nu bir-birindən ayırmaqdır. Ən azından Brüssel rəsmiləri bu fikirdədirlər”.

Məqalədə deyilir ki, yüksək çinli məmurlardan biri Rusiyanın bu addımını qanunazidd və qeyri-legitim adlandırıb. Bildirib ki, əgər Moskva Avropa Birliyinin bir ölkəsini belə “qeyri-dost” adlandırırsa, bu, alyansa üzv olan bütün dövlətlərə ünvanlanmış bir mesajdır: “Rusiyanın məqsədi Avropa Birliyini sarsıtmaq, onu parçalmaqdır. Ancaq Moskvanın bu cəhdi əks nəticə verə bilər. Onlar nə qədər aqressiv davransalar, Avropa Birliyi bir o qədər birlik nümayiş etdirəcək”.

Məqalədə xatırladılır ki, Slovakiyanın xarici işlər naziri İvan Korçok Avropa Birliyi dövlətləri arasındakı mənfi tellərə son qoymağa çağırıb. Almaniyanın xarici ilşər naziri Hayko Maas isə Moskvaya çağırış edərək ona dialoqa gəlməyi təklif edib: “İndi əsas məsələ Avropa Birliyinin həmçinin Rusiyaya münasibətdə insan hüquqlarının müdafiəsi yolundan dönməməsidir”.

Məqalə müəllifləri yazırlar: “Bu müraciətlər nəticəsiz qalsa və Rusiya yenə “qeyri-dost” siyahısı ilə odun üstünə benzin tökməkdə davam etsə, nə olacaq?”

Cavab tədbirləri sırasında əsas variant kimi rusiyalı diplomatların Avropa Birliyi ölkələrindən kütləvi şəkildə çıxarılması məsələsini vurğulayan müəlliflər o biri yandan bunun gündəmdə durmadığnı da qeyd edirlər.

Məqalənin sonunda deyilir: “Hələ dərc edilməmiş siyahı Putinin tutduğu inadkar siyasi kursdan dönmədiyinə bir sübutdur. Putinin İkinci Dünya müharibəsində qələbənin ildönümünə həsr olunmuş hərbi paradda çıxışı göstərdi ki, o, hətta tarix qarşısında da geri çəkilmək fikrində deyil. Rusiya prezidenti çıxışında müharibədə iştirak edən müttəfiqləri xatırlamadan sovet xalqının təkbaşına mübarizə apararaq qələbə qazandığını söylədi.

Deyilənə görə, Putin çıxışın mətnində “birlikdə” sözünü bilərəkdən dəyişərək “təkbaşına” ifadəsi ilə əvəz edib. Onu dinləyən yeganə qonaq isə rəsmi dəvətlə Rusiyada səfərdə olan Tacikistan diktatoru İmaməli Rəhman idi”.

Mənbə: Faz.net

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar