Bazar, 05 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Mərkəzi Asiyada ittifaq yaratmaq niyyətinin səbəbləri...

Rusiya prezidenti Vladimir Putin dünən Qazaxıstan prezidentinə Orta Asiyada üçtərəfli - Rusiya, Qazaxıstan, Özbəkistan ittifaqını yaratmağı təklif edib...

Politoloq: “Son zamanlar Tokayevin Putinin əleyhinə verdiyi açıqlamalarda qeyd olunur ki, Nazarbayevdən sonra Qazaxıstan artıq fərqli yola daxil olub. Tokayev Kremldən asılı deyil, azad siyasət yeritməyə başlayıb. Amma realda bu belə deyil”.

Prezident seçkilərindən dərhal sonra Qazaxıstan prezidentinin Rusiya səfərindən mən tamam fərqli məqsəd görürəm”.

Bu sözləri politoloq Turan Rzayev Rusiya, Qazaxıstan, Özbəkistan İttifaqının yaradılması təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident seçkilərindən həmən sonra Moskvaya səfər edən Qazaxıstan prezidentinə Rusiya prezidenti Vladimir Putin Orta Asiyada üçtərəfli - Rusiya, Qazaxıstan, Özbəkistan ittifaqını yaratmağı təklif edib. Bu təklifin arxasında hansı məqsəd dayanır və hansı geosiyasi maraqlar Putini belə bir ittifaq təklifi ilə çıxış etməyə məcbur edir?

Putinin Orta Asiyada ittifaq yaratmaq məqsədini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Tokayevin Kremlə səfərindən kimin ağa, kimin nökər olması aydın görünür”.

Rusiyanın Ukraynada apardığı müharibəyə görə gücünün tükəndiyini və iqtisadi baxımdan zədələndiyini xatırladan politoloqPİA.az-a açıqlamsında qeyd edib ki, bu zədəni kompensasiya etmək üçün Moskva əməkdaşlıq prizmasını genişləndirməyə çalışır:

Prezident seçkilərindən dərhal sonra Qazaxıstan prezidentinin Rusiya səfərindən mən tamam fərqli məqsəd güdürəm. Əvvəlki yazılarda da mən bu məsələyə toxunmuşdum ki, Qazaxıstan prezidenti birbaşa Kremldən təlimat alır. Tokayevi bu mənada səmimi hesab etmirəm. Əslində, onun seçkilərindən dərhal sonra Rusiyaya səfər etməsi də bunu birdaha təsdiqləyir.

Son zamanlar Tokayevin Putinin əleyhinə verdiyi açıqlamalarda qeyd olunur ki, Nazarbayevdən sonra Qazaxıstan artıq fərqli yola daxil olub. Tokayev Kremldən asılı deyil, azad siyasət yeritməyə başlayıb. Amma realda bu belə deyil. Tokayevin Kremlə səfərindən kimin ağa, kimin nökər olması aydın görünür.

Özbəkistan və Qazaxıstan Mərkəzi Asiyanın iki güclü ölkəsidir. Əhali sayı baxımından da Özbəkistanın artım dinamikası daha yüksəkdir. Ümumilikdə, Özbəkistan Mərkəzi Asiyanın parlayan ulduzu sayılır və iqtisadi, mədəni baxımından inkişaf etməkdə olan bir ölkədir. Bu baxımdan Mərkəzi Asiyada Rusiyanın maraqlarını təmin edəcək üçlü ittifaqın yaranmasında Kreml maraqlıdır.

Turan Rzayev: “Özbəkistan belə bir ittifaq müsbət baxmayacaq. Bu gün Türk Dövlətləri Təşkilatından Özbəkistanın iştirakı və fəallığı daha ön plandadır”.

Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada apardığı müharibəyə görə gücü tükənib və iqtisadi baxımdan zədələnib. Kreml bu zədəni kompensasiya etmək üçün əməkdaşlıq prizmasını genişləndirməyə çalışır. Bu istiqamətdə Özbəkistan və Qazaxıstanla apardığı əməkdaşlıq Rusiyanın marağına uyğundur, həm də iqtisadi baxımdan Kremlin artımına gətirib çıxara bilər.

Hesab edirəm ki, indiki məqamda Putinin yanaşmasının səbəbi məhz bununla bağlıdır. Yəni belə ittifaqın yaranması Rusiya üçün əlavə iqtisadi dividendlər gətirə bilər. İkinci tərəfdən bu siyasi məsələdir. Günü-gündən Özbəkistan güclənir və bu gücün ABŞ-ın, Çinin, Türkiyənin yanında deyil də, Kremlin yanında olması Rusiya üçün maraqlıdır.

Amma düşünürəm ki, Özbəkistan belə bir ittifaq müsbət baxmayacaq. Bu gün Türk Dövlətləri Təşkilatından Özbəkistanın iştirakı və fəallığı daha ön plandadır. Özbəkistan bu məsələdə Rusiyaya deyil, daha çox türk dövlətlərləri ilə əməkdaşlıqda maraqlı olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Putin İttifaq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi: Yeni cərimələr

Deputatın maşını xarab olub yolda qaldı - Fotolar

Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik

Naxçıvan onmilyonlarla manat yeyinti olan qurumda yenidən yoxlamalar başladı

Ürək problemlərinə işarə edən 8 vacib simptom

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 32 avtomobili maneəsiz keçib -Yenilənib

Azərbaycanda ata qızlarına işgəncə verib, spirtli içki içməyə məcbur etdi

Ən çox oxunanalar