Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin məhv etdiyi imperiya - Yaxın zamanlarda Rusiya iqtisadiyyatını böyük kollaps gözləyir...

Məşhur siyasi iqtisadçı alim, geosiyasi analitik Frensis Fukuyama yaxın günlərdə Rusiya iqtisadiyyatının böyük kollaps yaşayacağını bildirib...

İqtisadçı-ekspert: “Yaxın günlərdə Rusiya iqtisadiyyaında hansısa bir kollapsın baş verəcəyini söyləmək çətindir. Amma Fukuyamanın əsərləri və fikirləri ilə tanış olan bir şəxs kimi, deyə bilərəm ki, onun zaman anlayışı bir az fərqlidir”.

Rusiyada dövlət hər şeyi milliləşdirə bilər. Birjalar, azad bazar iqtisadiyyatının bütün elementləri, hər şey ləğv edilə bilər. Sovet sisteminə bənzər bir sistemə keçmələri də mümkündür”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli amerikalı filosof Fukuyamanın yaxın günlərdə Rusiya iqtisadiyyatında böyük kollapsın yaşayacağı fikrini PİA.az-a şərh edərkən qeyd edib.

Yapon əsilli məşhur amerikalı filosof, siyasi-iqtisadçı və geosiyasi analitik Frensis Fukuyama özünün Twitter səhifəsində yaxın günlərdə Rusiya iqtisadiyyatının böyük kollaps yaşayacağını bildirib. Hazırda Rusiya iqtisadiyyatında kollaps təhlükəsi varmı? Ümumiyyətlə hazırkı vəziyyətdə Rusiya iqtisadiyyatı sanksiyalara nə qədər davamlı görünür?

Rusiya iqtisadiyyatının vəziyyətini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib .

Natiq Cəfərli: “Doğrudan da, yaxın perspektivdə, yəni yaxın illərdə Rusiya iqtisadiyyatını böyük kollaps gözləyir”.

Əgər dəyişikliklər olmasa, sanksiyaların qaldırılması üçün Rusiya ilə bir anlaşmalar olmasa və Rusiya öz işğalçı siyasətindən geri addım atmasa, böyük kollapsın qaçınılmaz olduğunuı vurğulayan ekspert PİA.az-a bildirib ki, indi bu kollapsın hansı formada baş verəcəyini söyləmək çətindir:

“Yaxın günlərdə Rusiya iqtisadiyyaında hansısa bir kollapsın baş verəcəyini söyləmək çətindir. Amma Fukuyamanın əsərləri və fikirləri ilə tanış olan bir şəxs kimi, deyə bilərəm ki, onun zaman anlayışı bir az fərqlidir. Fukuyama yaxın zaman deyəndə, bu 2, 3, hətta 5 il ola bilər.

Doğrudan da, yaxın perspektivdə, yəni yaxın illərdə Rusiya iqtisadiyyatını böyük kollaps gözləyir. Təbii ki, əgər dəyişikliklər olmasa, sanksiyaların qaldırılması üçün Rusiya ilə bir anlaşmalar olmasa və Rusiya öz işğalçı siyasətindən geri addım atmasa, böyük kollapsın qaçınılmaz görünür. Amma indi bu kollapsın hansı formada baş verəcəyini söyləmək çətindir. Ola bilər ki, ümumiyyətlə dövlət iqtisadiyyatı tamamilə öz inhisarına keçirsin. Yəni dövlət hər şeyi milliləşdirsin. Birjalar, azad bazar iqtisadiyyatının bütün elementləri, hər şey ləğv edilə bilər. Sovet sisteminə bənzər bir sistemə keçmələri də mümkündür.

Bu zaman rəqəmsal olaraq kollaps görünməyəcək. Amma insanların həyat tərzində, ordu təchizatında, hər şeydə bu kollapsın işartılarını görə bilərik. Yəni kollapsın fərqli formaları ola bilər və hesab edirəm ki, Rusiya höküməti də kollapsın görünməməsi üçün iqtisadiyyatda dövlət mexanizminə keçidə hazırlaşır. Bütün hallarda bu Rusiyanın tam təcridinə və əhalinin hədsiz kasıblamasına səbəb olacaq. Rusiyadan insan axının artması da getdikcə artacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar