Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “aşpazı”nın ictimai edan tamaşaları - “Vaqner”dən qaçan muzdlunun hekayəsi...

Norveçə qaçan “Vaqner” ÖHŞ-nin keçmiş komandiri döyüşçülərin hamının gözü qarşısında edam edilməsindən danışıb…

PİA.az xəbər verir ki, “Vaqner qrupu”nun bölməsinin keçmiş komandiri, Norveçə qaçmış 26 yaşlı Andrey Medvedev CNN telekanalına müsahibə verib. O, müsahibəsində telekanala özəl hərbu şirkətdən niyə ayrılmaq qərarına gəldiyini izah edib, cəbhədəki açıq edamlardan danışıb və özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin haqqında fikirlərini bölüşdü.

Priqojin şeytandır

Medvedevin sözlərinə görə, o, 2022-ci ilin iyulunda müqavilə bağlayaraq “Vaqner” ÖHŞ-yə könüllü kimi qoşulub və Baxmut yaxınlığında xidmət edib. Keçmiş komandir qeyd edib ki, o, ÖHŞ-nin yaradıcıları Dmitri Utkin və Yevgeni Priqojinə birbaşa tabe olub. SNN-ə verdiyi müsahibəsidə isə Medvedev Priqojini “şeytan” adlandırıb.

“Əgər Priqojin rus qəhrəmanı olsaydı, silaha sarılaraq əsgərlərlə birlikdə qaçardı” deyə “Vaqner” ÖHŞ-nin keçmiş komandiri deyib.

Medvedevin sözlərinə görə, o, Ukraynada olduğu altıncı gündə hərbi əməliyyatlarda iştirak etmək istəmədiyini anlayıb, çünki qoşunların necə “top yeminə” çevrildiyinin şahidi olub. Həmçinin Medvedev bölüyündə xidmət edən məhbus Yevgeni Nujinin açıq şəkildə edam edilməsi onu “Vaqner qrupu”nu tərk etməyə sövq edib. Qeyd edək ki, keçmiş məhbus Yevgeni Nujin kamera qarşısında başı gürzlə zərbə endirməklə edam olunmuşdu və bu edamın görüntüləri bütün dünyada dəhşətli rezonans doğurmuşdu.

“Bu edam məni dəhşətə gətirdi və daha da cəsarətləndirdi, getməyə qərar verdim”, deyə Medvedev bildirib.

Yevgeni Nujinin edam videosu ötən ilin noyabr ayında “Vaqner qrupu”na yaxın olan telegram kanalında yayılıb. Xəbərdə Nujin Ukraynadakı döyüşlərdə “Vaqnerqrupu”nun muzdlu əsgəri kimi iştirak etdiyini, lakin cəbhədən qaçaraq ukraynalılara təslim olduğunu və Kiyevin tərəfində döyüşmək istədiyini bildirib. Ukrayna prezidentinin ofisi Nujinin Rusiyaya əsir mübadiləsi çərçivəsində verildiyini iddia edib.

Medvedyev həmçinin izah edib ki, öz hekayəsini açıq şəkildə paylaşıb, çünki Priqojin və Rusiya prezidenti Vladimir Putini məsuliyyətə cəlb etmək istəyir.

“Gec və ya tez Rusiyada təbliğat fəaliyyətini dayandıracaq, insanlar ayağa qalxacaq və lindiki lider gedəcək, yeni lider peyda olacaq”, deyə Medvedev ümidlərini dilə gətirib.

“Cəsədlər, məhbuslar və daha çox cəsədlər”

Əvvəlcə onun tabeliyində 10 nəfər olub, lakin bir müddət sonra məhbuslar ÖHŞ-yə qoşulmağa başladığı üçün əsgərlərin sayı artmağa başladı.

“Getdikcə daha çox meyit var idi və getdikcə daha çox insan gəlirdi. Artıq mənim tabeliyində çoxlu adamlar var idi. Neçə olduğunu saymağa imkan olmurdu. Sanki ÖHŞ rəhbərliyi daim bizneslə məşğul olurdu. Məhbuslar, meyidlər, yenə məhbuslar və yenə də meyidlər”, deyə Medvedev bildirib.

Eyni zamanda, ÖHŞ-nin keçmiş üzvünün sözlərinə görə, ölən əsgərlər tez-tez “itkin düşmüş” elan edilir, çünki bu status həlak olanların yaxınlarına 5 milyon rubl məbləğində təzminat ödəməməyə imkan verir. “Heç kim bu qədər pul ödəmək istəmirdi”, deyə Medvedev əlavə edib.

“Heç bir taktika yox idi”

Medvedevin deyib ki, “Vaqner qrupu”nun döyüş meydanında konkret strategiyası olmayıb və onlar sadəcə olaraq döyüşə atılıblar.

“Heç bir taktika yox idi. Biz indicə düşmənin mövqeyi ilə bağlı əmr aldıq. Özümüzü necə aparmağımızla bağlı konkret göstərişlər yox idi. Sadəcə addım-addım necə hərəkət edəcəyimizi planlaşdırdıq. Kim atəş açacaq, hansı növbəmiz olacaq. Sonumuz necə olacaq, bu bizim problemimizdir”, deyə sabiq muzdlu əsgər qeyd edib.

Eyni zamanda, ÖHŞ -nin keçmiş komandiri ukraynalıları tərifləyib. “Mən hər iki tərəfdən həm Ukrayna tərəfdən, həm də bizim uşaqlardan cəsarət gördüm”, deyə Medvedev vurğulayıb.

İctimai edamlar

Keçmiş komandirin sözlərinə görə, muzdlular döyüşmək istəməyən çağırışçılarla da amansızcasına rəftar edirdilər. “Döyüşmək istəməyənləri toplayırdılar və yeni gələnlərin gözü qarşısında güllələyirdilər”, deyə Medvedyev bildirib.

“Bir dəfə döyüşə getməkdən imtina edən iki əsgəri gətirdilər, hamının gözü qarşısında güllələdilər və kursantların qazdığı səngərlərdə basdırdılar”, deyə Medvedev əlavə edib.

Xatırladaq ki, Andrey Medvedev haqqında ilk yazan insan haqları resursu olan Gulagu.net bu şəxsin yetim olduğunu, Rusiya ordusunda hərbi xidməti başa vurduqdan sonra həbsxanaya düşdüyünü bildirib. 2022-ci ilin yayında həbsdə olarkən o, Ukraynaya göndərilmək üçün məhbusları işə götürən Vaqner ÖHŞ -yə qoşulmağa qərar verib. Medvedevin sözlərinə görə, o, əvvəlcə 4 aylıq müqavilə imzalayıb, sonra onun razılığı olmadan müddət uzadılıb. Nəticədə Medvedev müharibə zonasını tərk etmək qərarına gəlib.

Gulagu.net-in qeyd etdiyi kimi, 2022-ci ilin dekabrında öldürüləcəyindən qorxan Medvedev hüquq müdafiəçilərinə müraciət edib və yanvarın 13-də Norveç sərhədini qanunsuz keçərək siyasi sığınacaq istəyib.

Gulagu.net qeyd edib ki, Norveç polisi onu Moskvaya ekstradisiya etmək niyyətində deyil. Medvedev ümid etdiyini bildirib ki, onun ifadəsi Vaqner ÖHŞ -yə qarşı istintaqda əsas rol oynayacaq.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar