Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putini G-20 sammitində öldürə bilərlər - Sensasion iddia

Sergey Markov: “Düşünmürəm ki, prezident ora gedər...”

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “PolitRussia”ya müsahibəsində bildirib ki, payızda İndoneziyada keçiriləcək G20 sammiti Rusiya prezidenti Vladimir Putin üçün tələ ola bilər. O deyib ki, Qərb ölkələri hazırda qurumda dönəm sədri olan İndoneziyadan Putini tədbirə dəvət etməməkdə hələ də israr edir. Eyni zamanda, ABŞ və müttəfiqləri Ukrayna G20-yə daxil olmasa da, prezident Vlodimir Zelenskini sammitdə görmək istəyirlər.

"Amma Putinin gedib-getməyəcəyi daha açıq sualdır. Düzünü desəm, mən düşünmürəm gedə, çünki ABŞBritaniya tərəfindən Putinə qarşı terror hücumu təhlükəsi var”-deyə, politoloq bidirib.

O, hesab edir ki, Qərb Zelenskini zirvəyə dəvət edib “orada meymun kimi göstərmək” istəyir. Politoloq Zelenskini “Ukrayna prezidentinin rolunu yaxşı oynayan aktyor” adlandırıb.

“İndoneziyada keçiriləcək G20 sammitində iştirakım iştirakçıların tərkibindən və Ukraynadakı təhlükəsizlik vəziyyətindən asılı olacaq”. Bunu isə Zelenski bu həftə İndoneziya prezidenti, dekabr ayından G-20-yə sədrlik edən Coko Vidodo ilə görüşündən sonra keçirilən brifinqdə deyib. "Mən G-20 sammitində iştirak etmək üçün şəxsi dəvətinizə görə sizə minnətdaram və təbii ki, bu təklifi qəbul edirəm. Ukraynanın iştirakı Ukraynadakı təhlükəsizlik vəziyyətindən və sammit iştirakçılarının tərkibindən asılı olacaq", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Coko Vidodo Kiyevdən sonra Moskvaya səfər edib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov istisna etməyib ki, Putin sammitdə iştirakdan imtina edə və öz nümayəndəsini ora göndərə bilər. "Biz rəsmi dəvət aldıq, indoneziyalıların müvafiq Qərb dövlətləri tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alsaq, bu, çox vacibdir. Bütün bunlar təbii ki, iyunun 30-da Putinlə Vidodonun Kremldəki görüşündə müzakirə olunacaq. Lakin prezidentimiz dəvət alıb və biz müsbət cavab verdik, iştirak etməkdə maraqlı olduğumuzu bildirdik”, - deyə Putinin köməkçisi vurğulayıb.

G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçirilməlidir.G hərfi ingiliscədə Great - yəni Böyük sözünün baş hərfidir. G-20 1990-cı illərdə dünyanı bürüyən maliyyə böhranına cavab olaraq yaradılıb.

Böyük iyirmilər 19 ölkənin maliyyə nazirlərinin və mərkəzi bank direktorlarının məşvərət orqanıdır. Bu orqana Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Türkiyə, Britaniya Krallığı, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı daxildir.

Avropa İttifaqı forumlarda Avropanın növbəli sədri və Avropa Bankının rəhbəri tərəfindən təmsil olunur. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar