Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin yanvarda xəstəliyinə görə istefaya gedəcək?..

Ağır xəstəliyə mübtəla olan Rusiya prezidentinin yanvar ayında hakimiyyətdən getməyi planlaşdırdığı iddia olunur...

Nadir Devlet
“Independent” qəzeti 25 noyabr 2020-ci il

Artıq xəstəlik deyən kimi Covid-19 virusu yada düşür. Dünyadakı Covid yoluxmaları 60 milyona çatıb və ölənlərin sayı təxminən 1,5 milyondur. 12,5 milyon yoluxma ilə ABŞ liderdir. Ölkədə ölənlərin sayı isə 260 minə çatıb.

Rusiya da Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir. Yoluxma sayı 2 milyonu keçib, ölənlərin sayı 36 minə yaxınlaşıb. Təxminən 500 min insan isə sağalıb.

Rusiya hökuməti nə qədər çalışsa da, pandemiyaya çarə tapa bilmədi və yoluxmalar gündən-günə artır. Ən inkişaf etmiş ölkələr belə bir ilə yaxındır ki, bunun üçün bir həll yolu tapmadılarsa, deməli vəziyyət həqiqətən ağırdır.

Rusiya Federasiyası prezidenti Vladimir Putinin xəstə olduğu xəbərini eşidəndə təcrid içində yaşamasına baxmayaraq, onun da virusa yoluxduğunu düşündük.

Bildiyimiz kimi, ABŞ, İngiltərə, Braziliya, Honduras, Belarusiya, Qvatemala, Bolivya prezidentləri və Monako şahzadəsi ilə yanaşı, həm də İranla Hindistanın vitse-prezidentləri və digər bir çox ölkələrin nazirləri Covid-19-a yoluxub. Rusiyada da Baş nazir Mixail Mişustin xəstəliyə yoluxub. Putinin müşaviri Peskov və Enerji naziri Aleksandr Novakın da koronavirus testləri pozitiv çıxıb. Xarici işlər naziri Sergey Lavrov isə Covid tutan bir nəfərlə ünsiyyətdə olduğu üçün özünü könüllü şəkildə təcrid edib.

Məlum olduğu kimi, yuxarıda sadalanan yüksək vəzifəli insanlar qısa müddətdə sağaldılar. Sanki onlara adi xəstələr üçün əlçatan olmayan xüsusi müalicələr edilir. Hətta bir şüşəsi 20 min dollar olan dərmanla müalicə aldıqları barədə şayiələr də yayılıb. Məsələn, 73 yaşlı Trampın 1-2 gündə sağalması barədə nə deyə bilərik?

Bütün bunlara baxmayaraq, Putin 18 oktyabrda öz şəxsi iqamətgahından maliyyə bürokratlarına Covid-19-la mübarizədə kömək etmələrini tapşırarkən canlı telekonfrans zamanı tez-tez öskürməyə başlaması böyük təşvişə səbəb oldu. Daha sonra ofisi tərəfindən kəsilmiş konfransın mətbuata verilən versiyasında öskürək səhnələri xeyli azaldılmış və normal bir öskürək kimi göstərilməyə çalışılmışdı.

68 yaşlı Prezident Covid-19 səbəbiylə ciddi maddi problemlərdən danışarkən öskürək tutduğu üçün cümləsini tamamlamaqda çətinlik çəkmişdi.

Rəsmi xəbər agentliyi TASS Kremldən onun səhhətini soruşduqda: “Tamamilə normaldır. Öskürdüyünə görə üzr istədi və görüşü demək olar ki, fasiləsiz başa vurdu”, cavabı verildi.

19 noyabrda Britaniyanın maqazin portalı “The Sun” Moskvada politologiya mütəxəssisi və professor olan Valeri Soloveyin sözlərini yayımlayıb. O, Putinin Parkinson xəstəliyinin əlamətlərini göstərdiyini bildirib və qeyd edib ki, Rusiya prezidentinin istefa verməsi gündəmdədir. Solovyov həmçinin istefa verdikdən sonra Putinin ömürlük senator olacağını və bunun üçün bir qanun layihəsi hazırlandığını vurğulayıb.

“Bundan əlavə, uzun müddət sevgilisi 37 yaşlı Alina Kavayeva, 35 yaşlı Maria Vorontsova və qızı 34 yaşlı Katerina Tixonovanın Putinə vəzifəsini tərk etməsi üçün təzyiq göstərməsi də vəziyyətin ciddiliyini göstərir. Soloveyin “Putin hakimiyyətdən çəkilmək planını yanvar ayında açıqlayacaq”, iddiaları da qəzetdə yayımlanıb.

Müşahidəçilər Putinin son zamanlardakı görüntülərinə baxaraq bəzi analizlər ediblər. Oturacağının qol dayağından tutarkən sancılanması diqqət çəkib. Ayaqları da davamlı olaraq hərəkətdədir. Digər bir əlamət də qələm və ya fincan tutarkən barmaqlarında spazm olmasıdır. Bütün bunlar bəzi sağlamlıq problemlərinə işarə edir.

2015-ci ildə “British Medical Journal” Putinin yeriyərkən sağ qolunu çox az silkələməsini “Parkinson xəstəliyinin erkən mərhələləri ola bilər”, yazaraq izah edib.

Bundan əlavə, “KQB-də silahla gəzmək vərdişinin yaratdığı bir problemə də işarə edə bilər”, şəklində ikinci bir şərh də ictimaiyyətə təqdim edilib.

Rusiya parlamentinin qanunvericilik palatası bu həftə heç bir etiraz etmədən keçmiş dövlət başçılarına ömürlük toxunulmazlıq təmin edəcək bir qanun layihəsi hazırlayıb. Müxalifət liderlərindən Lev Şlosberq bir televiziyaya verdiyi açıqlamada: “Putin öz gələcəyi üçün narahatdır. Çünki bu rejimin dəyişə biləcəyi ehtimalını görür və hesab verəcəyindən qorxur”, deyib.

Bu qorxu, əslində, başadüşüləndir. 20 illik hakimiyyəti dövründə Putin ən azından daxili və beynəlxalq platformalarda seçkiləri saxtalaşdırmaq, müxalifləri həbs etmək, mətbuatı susdurmaq, Çeçenistan, Gürcüstan, Ukrayna və Suriyadakı silahlı qarşıdurmalarda edilən vəhşiliklər və ya digər korrupsiyalara görə cavab vermək ehtimalından qorxur.

Rəsmilər Putinin sağlam olduğunu və prezidentlikdən çəkilməyəcəyini iddia edirlər. Ancaq toxunulmazlıq qalxanını hazırlaması başqa bir şeydən xəbər verir.

Rusiyada Stalindən sonra, yəni 20 ildən sonra ən uzun müddət hakimiyyətdə qalan Vladimir Putinin gələcəyi yalnız Rusiya vətəndaşlarının deyil, həm də bütün dünyanın məsələsidir.

Trampın seçkilərdə məğlub olması bir çox yerdə yeni ümid və gözləntilər yaradıb. Putinin geri çəkilməsinin də oxşar təsir yaradacağını düşünürük.

Pandemiyadan əlavə olaraq liderlərin təcavüzkar siyasətlərini davam etdirməsi, əslində, bütün dünya vətəndaşlarını narahat edir və gələcəyə ümidlə baxmalarının qarşısını alır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar